main-post-cover

    Təhsil səviyyəsi həyat davamlılığına təsir göstərən əsas faktor olub

    Digər
    24.02.2020
    Farid Pardashunas
        ABŞ-ın 4 şəhərinin sakinlərini əhatə etmiş 30 illik tədqiqat onu göstərib ki, həyat davamlılığının əsas faktoru gəlir və irq deyil məhz təhsil səviyyəsidir. 30 illik tədqiqat müddəti çərçivəsində ali təhsil almış insanlardan fərqli olaraq ali təhsil almamış insanlar arasında ölüm halları 2.5 dəfə daha çox olub. Bu barədə Eurekalert.org saytı xəbər verib. Son illər ərzində ABŞ-da ortalama həyat davamlılığı aşağı düşür. Mütəxəssislər buna səbəb ola biləcək çoxlu sayda faktorları misal gətirirlər. Onların arasında tibbi xidmətlərin olmaması və opioid maddələrdən asılılıq var.
        Lakin sözügedən faktorlardan hər birinin hansı dərəcədə təsiredici qüvvəyə malik olduğunu təyin etmək çətindir. Amerikalı alimlər öz növbələrində həyat davamlılığına təhsil səviyyəsi ilə irq müxtəliflliyinin necə təsir etdiklərini öyrənməyə çalışıblar. Bunun üçün tədqiqatçılar ABŞ-ın 4 şəhərinin 5114 sakininin məlumatlarını analiz ediblər. Həmin məlumatlar sakinlərin yaşlarının 20-dən bir qədər çox olduqları müddətdən bəri 30 il ərzində yığılıb. Həmin müddətdən bəri 395 insan həyatını itirib.
        Məlumatların analizi onu göstərib ki, tədqiqatda iştirak etmiş qaradərili nümayəndələrin ölüm halları 9% təşkil edib. Ağdərili nümayəndələrdə isə bu göstərici 6% olub. Bununla yanaşı ölüm səbəbləri də fərqli olublar. Belə ki, erkən yaşlarda qaradərili nümayəndələrin çox hissəsi qətl səbəbilə həyatlarını itiriblər. Ağdərili nümayəndələrdə isə ən çox rastlanan səbəb QİÇS xəstəliyi olub. Buna baxmayaraq yaş göstəricisinin artması ilə hər iki nümayəndələrdə ən çox rast gəlinən ölüm səbəbi ürək-damar xəstəlikləri və xərçəng olub. İrq məsələsinin ölüm səviyyəsinə təsir göstərməsinə baxmayaraq həyat davamlılığına təsir edən əsas faktor məhz təhsil səviyyəsi olub.
        Ali təhsil əldə etməmiş insanlar arasında ölüm halları 13% təşkil edib. Kolleci bitirmiş insanlar arasında isə ölüm halları 5% təşkil edib. Bundan əlavə olaraq dəri rəngi ilə təhsil məlumatlarını bir-biri ilə birləşdirəndən sonra tədqiqatçılar aşkar etdilər ki, ölüm hallarında irq müxtəlifliyi yox olub. Məsələn ali təhsil almamış insanlar arasında 13.5% qaradərili və 13.2% ağdərili insan öz həyatını itirib. Hətta tədqiqata insanların əldə etdikləri gəlir faktorunun daxil edilməsinə baxmayaraq təhsil səviyyəsi yenə də həyat davamlılığının göstəricisini daha yaxşı təyin edirdi. Tədqiqatın müəllifləri ümid edirlər ki, bu tədqiqat öz növbəsində hamı üçün ortaq təhsil sisteminin yaradılmasına kömək edəcək. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər