Logo
    main-post-cover

    Telegram-ın mobil versiyasına yeni funksiyalar əlavə olunub

    Digər
    08.05.2017

    Telegram-ın mobil tətbiqi 3.11 versiyasına kimi yenilənib.

    Technote.az-ın "iguides.ru” saytına istinadən verdiyi xəbərə əsasən yenilənmədən sonra Telegram-a cloud servis əlavə olunub. İstifadəçilər həmin cloud servisə foto, video və digər məlumatları yükləyə bilərlər. Cloud servis istifadəçinin özü-özü ilə söhbət çatını xatırladır. Bu çatdan olan və özündə vacib məlumatları daşıyan ismarıcları istifadəçilər digər şəxslərə də göndərə bilərlər. Bundan əlavə olaraq bu funksiya istifadəçilərin müxtəlif cihazları arasında faylların mübadiləsini aparamağa imkan verir. Daha bir yenilik isə tamamilə ayrı bir bölmə olan "Trending Stickers”dir. Bu bölmədə ən məşhur stickerlər yer alıb. Həmçinin messengerdəki qrupların ön baxışı funksiyası əlavə olunub. Bundan sonra hər hansı bir qrupa daxil olmamışdan öncə istifadəçi qrupda neçə nəfər insanın və onların kimlər olduğuna baxa biləcək. Digər xırda yeniliklər arasında botlar tərəfindən təqdim edilən məzmunların ön baxışı və faylların yüksək sürətlə yüklənməsi yer alır. Telegram-ın PC üçün olan versiyasına isə videoplayer əlavə olunub.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    Telegram-ın mobil versiyasına yeni funksiyalar əlavə olunub | Technote