
Tərs psixologiya nədir? Tərs psixologiyanı istifadə edərkən nələrə diqqət yetirmək lazımdır
Psixologiyanın ən maraqlı tərəflərindən
biri tərs psixologiya anlayışıdır. Xüsusilə uşaqlara istədiklərinizi etdirmək
istədikdə və qarşınızdakı uşaq tərs xarakterli biridirsə, onda deyəcəyimiz
metodlar sizə çox yardımçı ola bilər. Bu metodlar yalnız uşaqlar üçün deyil, həmçinin
özləri haqda çox yüksək fikirdə olan, heç kimin sözünə əhəmiyyət verməyən şəxslər
üçün də keçərlidir.
1. Əldə etmək istədiyiniz bir şey varsa,
onun əksini iddia edin. Bu sayədə qarşınızdakı sizin əslində istədiyiniz fikir
üzərində dayanacaq.
2. Tərs psixologiyanı tətbiq edirsinizsə,
çox sakit olmalısınız. Əsas şərt qarşınızdakına həyəcanınızı göstərməməkdir.
3. Belə hallarda əldə etdiyiniz nəticəni hər
zaman ağlınızda tutun.
4. Dediyinizin əksini deməkdə israrlı olun və səs tonunuzun sakit saxlanmasına diqqət yetirin. Həyəcan sizi ələ verə bilər.
5. Tərs psixologiya tətbiq edirsinizsə hər
zaman mübahisə etməyiniz vacib deyil. Məsələn, qarşınızda sizə dost kimi baxan
amma sizin bəyəndiyiniz biri var. Onun dedikləri ilə razılaşın və onunla dost
olmağın sizə çox böyük mənəvi rahatlıq bəxş etdiyini bildirin.
6. Birini motivasiya etmək istəyirsinizsə,
ona "Bunu bacara bilməzsən” deyə bilərsiniz. Amma bunun üçün də vacib məqamlar
var. Məsələn, əgər həmin şəxs məqsədyönlüdürsə, bu söz ona mübarizə gücü verəcək,
əks halda ruhdan düşəcək və işi yarımçıq qoyacaq.
7. Tərs psixologiyanı tətbiq edəcəksinizsə
üstünüzdə biraz işləyin. Praktika vəziyyəti idarə etməkdə hər zaman yardımçı
olur.
8. Bu metodu kimin üzərində tətbiq etdiyinizə
diqqət yetirin. Sizin üçün vacib məqamlarda bu üsuldan istifadə zamanı diqqətli
olun. Çünki sizin gözlədiyinizin əksi də baş verə bilər.
9. Həmçinin bu metodu həddindən artıq
istifadə etməyin. Çünki bunun başa düşülməsi halında "yalancı çoban” vəziyyətinə
düşə bilərsiniz.
Tərs psixologiyaya aid bu videoya baxmağı
sizlərə tövsiyə edirik.
Paylaş
Bənzər xəbərlər