
Tesla, bəzi müştərilərinin Model 3 sifarişlərini 8 ildir çatdırmırmış!
Digər
14.08.2024
Aslan
2016-cı ildə şirkətin CEO-su Elon Musk, hindistanlı müştərilərinə Tesla Model 3-ü əvvəlcədən sifariş etməyə təşviq etmişdi. Lakin aradan 8 il keçməsinə baxmayaraq, məlum olub ki, bu sifarişlər hələ də çatdırılmayıb.
Mumbayda yerləşən sağlamlıq texnologiyaları startapı GOQii-nin qurucusu və CEO-su Vishal Gondal, Tesla-nın çağırışına ilk cavab verən şəxslərdən biri idi. Gondal, Model 3 üçün 1000 dollar depozit qoyub və avtomobilin Hindistana gəlməsini böyük həyəcanla gözləyib. Lakin Tesla-nın ölkəyə nə vaxt girəcəyi və avtomobilin son qiyməti ilə bağlı qeyri-müəyyənliklər zamanla bu həyəcanı məyusluğa çevirib.

Tesla-nın Hindistan bazarına daxil olmasındakı çətinliklərin əsasında yüksək idxal vergiləri və yerli istehsal müəssisəsinin yaradılması zərurəti yer alır. Şirkət, bu yüksək vergilərə görə, Hindistanda avtomobillərin çox baha olacağından narahat olduğu üçün 8 il ərzində avtomobili ölkəyə gətirə bilməyib. Bundan əlavə, istehsalın Çindən Hindistana daşınması ilə bağlı çətinliklər şirkətin qərarına təsir göstərmiş bilər.

Bu uzun gözləmə müddətində digər avtomobil istehsalçıları, Hindistanda elektrikli avtomobil bazarına daxil ola biliblər. Məsələn, Gondal, 6 illik gözləmədən sonra Alman istehsalçısı Audi-dən elektrikli yolsuzluq avtomobili alıb. 2023-cü ilin yanvar ayında Gondal, bir dostunun köməyi ilə Tesla-nın satış menecerilə əlaqə qurmağı bacarıb və 7 ildən sonra 1000 dollarlıq əmanətini geri ala bilib. Lakin hər kəs onun qədər şanslı olmağı bacarmayıb. Çünki Hindistanda yüzlərlə Tesla müştərisi, hələ də 1000 dollarlıq ödənişini geri almağı gözləyir.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
