
"Tesla" daha bir sahəyə üz tutub? Şirkətin iki top-meneceri digər bir startapın rəhbərləri oldular
"Tesla” şirkətinin iki top-meneceri, Redwood Materials adlı startapın rəhbərləri oldular.
Sözügedən startap, sənaye tullantılarının emalı ilə məşğul
olacaq. Sözügedən top menecerlər "Tesla” şirkətinin baş icraçı direktoru JB
Straubel və şirkətin xüsusi layihələr üzrə rəhbəri Andrew Stevenson-dur. Öz
saytında Redwood Materials, "Tesla” şirkəti ilə hansısa əlaqəsinin olduğunu
qeyd etmir. Lakin çox güman ki, Elon Musk-ın şirkəti üçün yenidən emal olunmuş
materialların istifadəsi aparıcı rəqabət üstünlüyünü qazandıra bilər. Startapın
saytında olan məlumata görə onlar, tullantıların emalı və yenidən emal olunmuş
materialların işlədilməsini planlaşdırırlar. Keçən ay bu startap, adı
açıqlanmayan investordan 2 milyon dollar investisiya cəlb etmişdi. Mütəxəssislərin
fikrincə 2030-cu ildə "Tesla”nın qiyməti 1 trilyon dollar təşkil edəcək. Elon
Musk-ın bu şirkəti təkcə avtomobillərlə deyil, həmdə günəş panelləri və
batareyalarla da məşğuldur. Keçən ilin Yanvar ayında "Panasonic” şirkəti, "Tesla”nın
Nevadadakı fabrikində litium-ion batareyaların istehsalı üçün 1.6 milyard
dollar vəsait yatırmışdı. "Tesla”nın öz biznesini böyütmək üzrə olan iddialı
planlarını nəzərə alsaq, yenidən emal olunmuş materiallar uğurun əsl açarı ola
bilər.
Paylaş
Bənzər xəbərlər