
The Elder Scrolls V: Skyrim-in remaster versiyası anons olunub
Bir neçə gün ərzində internetdə olan şaiyələr təsdiqləndi.
Belə ki, Bethesda öz press-konfransında The Elder Scrolls V: Skyrim oyununun remaster versiyasını anons
etdi. Yeni versiya PC, PS4 və Xbox One üçün satışa çıxacaq. Oyunun remaster
versiyası bütün DLC-ləri, modları və keyfiyyətli qrafikanı özündə birləşdirəcək.
Bundan əlavə olaraq remaster versiya daha əvvəl original oyunu və onun bütün
DLC-lərini PC üçün almış oyunçulara pulsuz veriləcək. The Elder Scrolls V: Skyrim Special Edition 28
Oktyabr 2016-cı il tarixində satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər