
"The Matrix" filminin çəkjiləcək yeni versiyası haqqında ilk məlumatlar
"Warner Bros.” studiyasının, fantastik film seriyası "The Matrix”in yeni versiyasını çəkmək planından artıq xəbəriniz var.
Deməli, ilkin məlumata əsasən çəkilməsi planlaşdırılan yeni film, əvvəlki seriyalarda olmuş Morpheus personajı haqqında olacaq. Məhz buna görə studiya, sözügedən yeni filmə
aktyor Michael B. Jordan-ı cəlb etməyə çalışır. Belə ki, əgər o bu təklifi qəbul
etsə, deməli yeni filmdə aktyor, Morpheus personajının gəncliyini canlandıracaq. Beləliklə
yeni film, məşhur "The Matrix” film seriyasının prikveli olacaq. Yəni, hadisələr bizə artıq məlum olan film seriyasındakı hadisələrdən əvvəl cərəyan
edəcək. Məlumata əsasən "Warner Bros.” artıq ssenaristlərdən ibarət xüsusi
komanda yaradıb. Bundan isə belə nəticəyə gəlmək olar ki, böyük ehtimalla yeni
film yalnız bir hissədən deyil, bir neçə hissədən ibarət olacaq. Qeyd etmək
lazımdır ki, məşhuhr film seriyasının ilk hissəsi, 1999-cu ildə izləyicilərə təqdim
olunmuşdu. 63 milyon dollarlıq büdcə ilə film 460 milyon dollar gəlir
qazanmışdı.
Paylaş
Bənzər xəbərlər