
"The Matrix" filminin yeni versiyası çəkiləcək
"Warner Bros.” studiyası, "Matrix” fantastik filminin yeni versiyasını çəkməyi planlaşdırır.
Filmin uğurlu olacağı halda onun davamı da çəkiləcək. Filmin
ssenarisini, "X-Men: The Last
Stand” və "The
Incredible Hulk” kimi filmlərin ssenarisini hazırlamış Zak Penn yazacaq.
Filmdə baş rolu canlandıracaq aktyorun adı hələki bilinmir. Lakin daha real
namizədlərin siyahısında Michael B. Jordan qeyd olunub. Orijinal trilogiyanı çəkmiş
Wachowski bacıları, yeni layihədə iştirak etmiyəcəklər. Lakin çox güman ki,
studiya, yeni film üçün onlardan bir növ icazə alacaq. "The Matrix” film seriyasının
yeni versiyasının çəkiliş qrafiki və premyera tarixi barədə hələki heç bir məlumat
yoxdur. Qeyd etmək lazımdır ki, ilk film 1999-cu ildə izləyicilərə təqdim
olunmuşdu. 63 milyon dollar büdcə ilə çəkilmiş film, nəticədə 460 milyon dollar
gəlir gətirmişdi.
Paylaş
Bənzər xəbərlər