Logo
    main-post-cover

    "The Revenant" filminin traileri yayımlanıb

    Digər
    07.05.2017
    Farid
    Oscar 2015 mükafatının təqdimetmə mərasimində "Birdman" filminə görə ən yaxşı rejissor adına laiq görülmüş Alejandro Gonzales İnnaritu öz yeni filmi "The Revenant"-ı izləyicilərə təqdim edəcək. Süjet xətdinə əsasən Hugh Glass adlı ovçu ABŞ-ın Vəhşi Qərbinin müşahidə olunmamış yerlərinin birində ciddi yaralanır. Hugh-nun dostu John Fitzgerald isə onu bu amansız yerdə ölümə tərk edir. O John Fitzgerald-dan intiqamını almaq üçün vəhşi təbiətə, sərt qışa və amansız hindulara meydan oxumağa hazırdır. Filmdə baş rolları Leonardo DiCaprio, Tom Hardy, Domhnall Gleeson, Will Poulter və başqaları canlandırıblar. "The Revenant" filminin premyerası bu ilin dekabr ayında baş tutacaq.


    Paylaş
    Bənzər xəbərlər