
Tim Cook açıqladı, Apple sürücüsüz avtomobillər üzərində çalışır.
ABŞ-ın texnologiya nəhəngi Apple-ın CEO-su Tim Cook,
firmanın sürücüsüz avtomobil texnologiyası sahəsində çalışdığını söylədi.
"Tim Cook", Bloomberg TV-dəki müsahibəsində,
firmanın sürücüsüz avtomobil sahəsində çalışdıqları işləri haqqında məlumat
verib.
Sözü gedən texnologiyanın Apple üçün əsas olduğunu
vurğulayan Cook, “Biz, avtomatik sistem texnologiyasına köklənmişik. Bu
texnologiya bütün süni zəka layihələrinin ən vacibidir. Üzərində çalışdığımız ən çətin
süni zəka layihəsi olduğunu söyləyə bilərəm.” ifadəsini səsləndirdi.
Cook, avtomatik sistem texnologiyalarının üç sinifə üzrə inkişaf etdiyini vurğulayaraq elektriklə işləyən avtomobillərin, sürücüsüz avtomobil
texnologiyasının və xüsusi avtomobil sahiblərinin taksilik etməsinə imkan yaradan mobil tətbiqlərin paralel inkişaf etdiyini qeyd etdi.
Applen-ın “Titan
Layihəsin”də təxminən min mühəndis çalışır
Applen-ın 2014-cü ildə
başlayan “Titan Layihəsi” (Project Titan) adıyla bilinən sürücüsüz avtomobil
texnologiyası proqramında hal hazırda təxminən min mühəndisin çalışdığı təxmin
edilir.
Aprel ayında ABŞ-ın Kaliforniya əyalətində “sürücüsüz
avtomobil texnologiyası” testləri üçün icazə alan Apple, bu əyalətdə icazələri
olan Volkswagen, Mercedes Benz, BMW, General Motors, Ford, Nissan və Honda kimi
dünya avtomobil nəhəngləri və Google, Tesla, Uber kimi texnologiya şirkətləri ilə yarışır.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...