
Tim Cook-un təqdimat zamanı iPad ilə dizayn edilmiş xüsusi buraxılış Nike ayaqqabı geyinməyi diqqətə səbəb olub!
Digər
08.05.2024
Aslan
Apple CEO-su Tim Cook iPad-in dünənki təqdimatında xüsusi buraxılış Nike ayaqqabısı geyinib. “Apple” və “Nike” pərəstişkarlarının heyran qaldığı modelin “iPad” ilə hazırlandığı bildirilib.
Apple və Nike pərəstişkarlarını heyran qaldığı bu ayaqqabı Nike Air Max 1 '86-nın xüsusi buraxılışıdır. Şirkətlər ayaqqabını xüsusi olaraq Tim Cook-un bu tədbirdə geyinməsi üçün hazırlayıblar. Ayaqqabının dizaynını aşağıdakı şəkildə görə bilərsiniz.

Burada biz Apple Pencil-dən ilhamlanan “Made on iPad” ifadələrini görürük. Bundan başqa, Nike komandasının ayaqqabıları hazırlayarkən istifadə etdikləri yeni iPad modelini və Apple Pencil ilə çəkilmiş detalları da görə bilərik. Simvolik Nike loqosunun göy qurşağından ilhamlanmış detalları isə bunun bariz nümunəsidir.

Təəssüf ki, bu model yalnız Cook-un iPad təqdimatında geyinməsi üçün hazırlanmışdır və geniş şəkildə satışa təqdim olunmuyacaqdır.
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
