Logo
    main-post-cover

    Titanfall 2-dən yeni trailerlər

    Digər
    07.05.2017
    Farid
    E3 2016 oyun sərgisi qabağı EA Games tərəfindən keçirilmiş EA Play adlı şou zamanı Respawn Entertainment studiyası Titanfall 2 oyununun yeni trailerlərini təqdim edib. Bundan əlavə olaraq oyun haqqında bəzi məlumatlar da təqdim olunub. Deməli məlumata əsasən Titanfall 2-nin süjet xətti insan ilə robot arasındakı unikal əlaqədən bəhs edəcək. Baş qəhrəman robotu idarə edən pilot olmaq arzusu ilə yaşayaraq adi əsgər qismində dəhşətli döyüşlərin mərkəzinə düşəcək. Düşmənlərin əhatəsində sağ qalmağa şansı olmadığından o robot ilə birləşərək çətin missiyanı yerinə yetirməyə məcbur olacaq. Singleplayer rejimdən əlavə olaraq oyunda həmçinin maraqlı multiplayer rejim də olacaq. Yeni oyunda yeni titanlar da olacaq. Onlardan hər biri öz fərqli xüsusiyyəti ilə seçiləcək. Pilot isə daha geniş bacarıqlara sahib olacaq. Qeyd edək ki, Titanfall 2 28 Oktyabr 2016-cı il tarixində PC, PS4 və Xbox One üçün satışa çıxacaq.
     
     

    Paylaş
    Bənzər xəbərlər