
Tom Hiddleston Loki obrazını sonuncu dəfə canlandıracaq
Tom Hiddleston çox güman ki, Loki obrazını sonuncu dəfə "Thor
3: Ragnarok” filmində canlandıracaq. Bu barədə britaniyalı aktyor özü müsahibəsi
zamanı bildirib. ""Thor 3” filmi mənim üçün maraqlı iş olacaq. Belə ki, mən bu
obrazı 4 ildir ki, canlandırmırdım. Həmdə Chris Hamsworth ilə bir filmdə rol
almaqdan məmnunam. Bu film mənim Loki obrazım üçün sonuncu olacaq” – deyə
aktyor bildirib. Müsahibə əsnasında aktyorun "Avengers” film seriyasının son
hssələrində rol alıb almayacağı haqqında sualları isə aktyor bu cür cavablandırıb.
"Bilmirəm. Tam səmimiyyətlə deyirəm ki, bu barədə heç bir fkrim yoxdur. Belə
ki, onlar hələ filmin final konsepsiyasını tərtib etməyiblər. Hər şey hələki
müzakirə edilir” – deyə Tom bildirib. Qeyd edək ki, "Thor 3: Ragnarok” filmi
izləyicilərə 2017-ci ilin noyabr ayında təqdim olunacaq. Filmin süjet xətdi barəsində
hələki heçnə məlum deyil. Lakin bəzi şaiyələrə görə filmdə Avengers
komandasının üzvü Hulk iştirak edə bilər.
Paylaş
Bənzər xəbərlər