main-post-cover

    Türk dizaynerdən möhtəşəm Windows 20 konsept dizaynı (Video)

    Digər
    22.04.2020
    Nijat Hamid
            Türk dizayner olan Kamer Kaan Avdan, Microsoft məhsulları üçün hazırladığı konsept dizaynlar ilə tanınır. İstifadəçilərin tam istədiyi kimi dizaynlar hazırlayan dizaynerin işləri sosial mediada çox bəyənilir. Kamer Kaan bu səfər hazırladığı əməliyyat sistemi konsept dizaynına Windows 20 adını verdi. Türk dizayner həmçinin Windows 95, Windows XP, Windows 7, Windows 11 iOS 14 üçün də konsept dizaynlar hazırlamışdı.

    Windows 20 konsept dizaynının hazırlanması dizaynerin 35 gününü aldı. Nəticə isə möhtəşəmdir.

    Qeyd: Əgər video açmasa bu linkə daxil olaraq dizaynerin rəsmi Youtube kanalından izləyə bilərsiniz. Video müəllifinin qərarıdır.
            Kamer Kaan Avdanın hazırladığı dizayn Windows 10 dizaynının əslində nə qədər zəif olduğunu ortaya qoyur. Bu videonu görün minlərlə insan Microsoft-un bu dizayn işlərindən qismən də olsa örnək götürməsini istədi. Qeyd edək ki, Microsoft Windows 7 ilə Aero adını verdiyi dizayna keçid etmişdi və bu çox bəyənilmişdi. Windows 10-a qədər istifadə edilən bu dizaynı Fluent Design adı verilən yeni stil əvəz etdi. Lakin istifadəçilər bunu heç də bəyənmədi. Ümid edirik ki, Microsoft Windows 10 üçün ən azından bu dizayna bənzər yeniliklər gətirər.
    Linki kopyala