main-post-cover

    Türkiyəli mütəxəssis Bakıda seminar keçəcək

    Digər
    18.05.2018
    Farid Pardashunas
        Türkiyənin tanınmış Satış və Marketinq meneceri Bakıya gəlir. Belə ki, mayın 19-da İstanbul Aydın Universitetinin Marketinq müəllimi Haluk Tatar Bakıda təlim keçəcək.
        Haluk Tatarın “Professional CV Hazırlama və Müsahibə Texnikaları” mövzusunda olan seminarında işə qəbul üçün müraciət zamanı diqqət edilməli məqamlar müzakirə ediləcək.
        H.Tatar peşəkar CV hazırlamaq, müsahibə zamanı davaranış və danışıq qaydaları barədə dünya təcrübəsinə dayanaraq maraqlı məqamlara toxunacaq.
         Qeyd edək ki, türkiyəli mütəxəssis Yıldız Teknik Universiteti və İstanbul Teknik Universitetində Mexanika Mühədisliyi üzrə təhsil alıb.
         O, 1999-2006-cı illərdə UMTAS –da Satış və Marketinq Meneceri kimi çalışıb.
         Haluk Tatar həmçinin, Videoeğitim.com və Natron Danışmanlık A.Ş şirkətlərini də qurub. Mütəxəssis hazırda İstanbul Aydın Universiteti marketinq müəllimi işləyir.
         Xususi olaraq bildirək ki, İstanbul Aydın Üniversiteti sponsorluğu və Edex şirkətinin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak ödənişsizdir.
         Tədbirdə iştirak istək məktubu əsasında seçiləcək. Layihədə iştirak etmək istəyənlər istək məktubunu bu https://goo.gl/9mdxc3 linkə daxil olub, dolduraraq göndərməlidir.
    İstək məktublarının göndərilməsi üçün son tarix mayın 16-da bitir.
         Seminar iştirakçılarına İstanbul Aydın Universitetinin Beynəlxalq Sertifikatı veriləcək. Tədbirin rəsmi partnyor isə Business Talk şirkətidir.
    Linki kopyala