main-post-cover

    Türkiyənin tanınmış iş adamı, yazar , ixtiraçı Ataman Özbay Bakıya gəlir

    Digər
    28.04.2018
    Farid Pardashunas
        Mayın 9-da A. Özbay ölkəmizdə “Həyat, Xoşbəxtlik , Uğur” adlı seminar keçəcək.
        Qeyd edək ki, tədbir Pullman oteldə (köhnə Kempinski hotel) baş tutacaqdır. Ataman Özbay Türkiyədə ilk sulu salfetkanın və onun istehsalını həyata keçirən aparatın yaradıcısıdır.
        Bundan sonra Özbay dünyada ilk dəfə mentollu sulu salfetka, rəngli asiton, göz təmizləmə bandı, saç yuma bonesi kimi bir çox məhsulun ixtiraçısıdır. Tanınmış iş adamı Şelale, Premax, Lemonni, Uni Wipes, Uni Med, Uni Baby, Mentholix, Wogi, Woc, Comfort, Uni Care kimi şirkət və markalarının da yardıcısıdır.
         Xatırladaq ki, o, 2012 -ci ildə öz şirkətini Eczaçıbaşı Holdinq -ə 56 Milyon TL -yə satıb. Özbay həmçinin "7 Yaşımda Bindiğim Kamyonun Frenleri Patladı Hayata Yuvarlandım ", " AŞK BU -Başarı ve Mutluluğun Sırrı -Değerlerle Yönetmek" kimi kitabların da müəllifidir.
         Tədbirin təşkilatçısı EdexlB Club, təşkilati dəstəkçisi isə Asan Könüllülərdi. Seminar, İstanbul Şehir Üniversitetinin sponsorluğu ilə həyata keçirilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər