Logo
    'Uber'dən Kalanick-ə dəstək. Şirkət, Travis-i məhkəməyə verən investordan, şirkətdən çıxmasını tələb etdi

    'Uber'dən Kalanick-ə dəstək. Şirkət, Travis-i məhkəməyə verən investordan, şirkətdən çıxmasını tələb etdi

    Digər
    12.08.2017

    “Uber” şirkətinin investorlar qrupu, Travis Kalanick-i məhkəməyə vermiş “Benchmark Capital” şirkətinin, direktorlar şurasından çıxmasını tələb edib.

    Məlumata əsasən bu barədə məktub, elektron poçt vasitəsilə digər investor və şirkətin direktorlar şurasının üzvlərinə göndərilib. Həmin məktubu, “Sherpa Capital” şirkətinin əməkdaşı Shervin Pishevar, “Yicaipa Cos” və “Maverick” şirkətinin nümayəndələri imzalayıblar. Məktubda səhmdarlar qeyd ediblər ki, onlar “Benchmark Capital” şirkəti tərəfindən qaldırılmış şübhəli etik ittiham barəsində narahatdırlar. Onlar həmçinin qeyd ediblər ki, bu cür hal, şirkətin dəyərini yüksəltmək əvəzinə onu aşağı salır və Kalanick-i, yalan ittihamlara görə məhkəməyə vermiş “Benchmark Capital” şirkətini tənqid edib. Məktubda qeyd edilib ki, məhz “Benchmark Capital” şirkəti, Kalanick-ə irimiqyaslı qalmaqal məsələsi ilə hədə-qorxu gəldiyi üçün Kalanick, İyul ayında şirkətdən getdi.
    Şirkət təmsilçilərinin fikrincə Kalanick-ə qarşı qaldırılmış məhkəmə ittihamı, şirkətin nüfuzuna zərər yetirə, yeni investorların cəlb olunmasına və yeni CEO namizədinin tapılmasına mane ola bilər. “Benchmark Capital-ın, Uber-ə etdiyi 27 milyon dollar investisiyanın dəyəri hal hazırda 8.4 milyard dollardır və siz, şirkətin dəyərinin yüksəlməsi üçün çalışmış təsisçini, şirkət əməkdaşlarını və şirkətin özünü məhkəməyə verirsiniz. Biz sizi həmin şirkət əməkdaşlarının həyatları barəsində düşünməyi və onlara bu şirkəti inkişaf etdirmək imkanını vermək barəsində düşünməyə çağırırıq.Sizin etdiyiniz isə tamamilə əks effekt yaradır” – deyə məktubda qeyd olunub. Səhmdarlar, “Benchmark Capital” şirkətindən qaldıqdığı ittihamı geri çəkməyi, direktorlar şurasından öz nümayəndəsinin çıxarılmasını və 75% Uber səhmlərindən yaxa qurtarmağı tələb edir. Bu miqdarda səhmdən geri çəkilmə, həmin şirkətin yenidən direktorlar şurasına öz nümayəndəsini təyin etmək imkanını ləğv etmək üçün kifayət edir.
    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...