
"Ubisoft", Assassin\'s Creed III oyununu pulsuz paylayacaq
2012-ci ildə satışa çıxmış Assassin’s Creed III oyunu "Ubisoft” şirkətinin ən tez satılan oyunlarından biri olmuşdur.
7 Dekabr tarixində şirkətin 30
illiyi münasibətilə "Ubisoft”, Assassin’s Creed III oyununu bütün PC istifadəçilərinə
pulsuz paylayacaq. Bunun üçün sadəcə olaraq Uplay hesabı olmalıdır və şirkətin
saytından lazımi təlimatlardan keçmək lazımdır. Hal-hazırda istifadəçilər Far Cry:
Blood Dragons oyununu pulsuz əldə edə bilərlər. Bundan daha əvvəl şirkət öz 30
illiyi münasibətilə istifadəçilərə The Crew, Prince of Persia: The Sands of
Time, Splinter Cell və digər oyunları pulsuz paylamışdı.
Paylaş
Bənzər xəbərlər