Logo
    main-post-cover

    Ubisoft Paris ofisində 200-ə yaxın işçinin ixtisarını planlaşdırır

    Digər
    27.01.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Ubisoft son günlər həyata keçirdiyi studiya bağlanmaları və oyun ləğvlərindən sonra daha geniş ixtisar planı hazırlayır. IGN-in məlumatına görə, şirkət Parisdə yerləşən baş ofisində işçi sayını ciddi şəkildə azaltmağı nəzərdən keçirir.
    Ubisoft Romania announces new headquarters for the two studios in the  country, in Bucharest and Craiova, and new strategic plans for the future –  Outsourcing-Today.ro
        Məlumata əsasən, Ubisoft Paris ofisində 200-ə qədər iş yerinin ləğvi təklif olunur. Bu isə mövcud əməkdaşların təxminən 20 faizi deməkdir. Plan Fransada tətbiq olunan “Rupture Conventionnelle Collective” (RCC) mexanizmi çərçivəsində həyata keçirilə bilər. Bu sistem işçilərə könüllü şəkildə kollektiv razılaşma ilə şirkətdən ayrılmaq imkanı yaradır. Şirkət nümayəndəsi bildirib ki, hazırda bu, yalnız təklif mərhələsindədirkollektiv razılaşma əldə olunmadan heç bir qərar qüvvəyə minməyəcək. Bununla belə, Ubisoft könüllü olaraq 200 nəfər tapılmadığı halda hansı addımların atılacağı ilə bağlı açıqlama verməyib.
        Qeyd olunur ki, Ubisoft-un yaxın vaxtlarda tətbiq etdiyi həftədə 5 gün ofisdə işləmə tələbi artıq getməyi düşünən əməkdaşları könüllü ayrılığa təşviq edə bilər.
    Paylaş