Logo
    main-post-cover

    Ubisoft-un Paris ofisində işçilər tətil elan etdi

    Digər
    29.01.2026
    Ilhama
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Parisdə yerləşən Ubisoft şirkətində çalışan əməkdaşlar rəhbərliyin son qərarlarına etiraz olaraq tətilə hazırlaşır. Şirkət daxilində fəaliyyət göstərən həmkarlar ittifaqları 10–12 fevral tarixləri arasında üç günlük tətil elan edib.
    Ubisoft issues a rare, last-minute delay to its earnings release , 15  minutes before scheduled call with investors | Eurogamer.net
        Video oyun sektorunda işçiləri təmsil edən “Syndicat des Travailleureuses du Jeu Vidéo” (Video Oyun İşçiləri Həmkarlar İttifaqı) yaydığı açıqlamada rəhbərliyi avtoritar idarəçilikdə və iş şəraitini getdikcə pisləşdirməkdə ittiham edib. İttifaq bildirib ki, Ubisoft-un Fransadakı bütün əməkdaşları və şirkətdə təmsil olunan beş həmkarlar ittifaqı bu tətilə qoşulmağa çağırılır. Bu qərar Ubisoft-un son aylarda həyata keçirdiyi sərt ixtisar və yenidənqurma addımlarından sonra verilib. Şirkət yaxın vaxtlarda Kanadadakı Halifax studiyasını işçilərin həmkarlar ittifaqı qurmasından cəmi 16 gün sonra bağlayıb. Ardınca Stokholm studiyası da fəaliyyətini dayandırıb, altı oyun ləğv edilib, yeddi layihənin buraxılışı isə təxirə salınıb.
        Bundan əlavə, Ubisoft Paris ofisində 200 nəfərin işdən çıxarılmasını təklif edib. Bu proses Fransanın əmək qanunvericiliyinə əsasən “Rupture Conventionnelle Collective” (RCC) mexanizmi ilə, yəni işçi tərəfi ilə qarşılıqlı razılaşma əsasında aparılmalıdır. Gərginliyi artıran digər məsələ isə şirkətin uzaqdan iş rejimini ləğv etməsidir. Daha əvvəl həftədə iki gün evdən işləməyə razılaşan Ubisoft indi əməkdaşlardan həftənin beş günü ofisdə olmağı tələb edir. Rəhbərlik bunu səmərəlilik və əməkdaşlıqla əsaslandırsa da, işçilər bu addımı gizli ixtisar aləti kimi dəyərləndirir. Hətta LinkedIn-də bu qərarı tənqid edən bir developerin üç gün ödənişsiz şəkildə işdən uzaqlaşdırıldığı bildirilir.
    Paylaş