'Uşaq Qaynar Xətti' artıq Göygöldə

'Uşaq Qaynar Xətti' artıq Göygöldə

Digər
14.06.2018 PAYLAŞIM

    Uşaqlar adətən üzləşdikləri çətinliklər - onlara qarşı baş vermiş haqsızlıq, qanun pozuntusu və zorakılıq haqqında valideynlərinə və yaxınlarına danışmaqdan çəkinir, öz hisslərini digərlərindən gizlədir, çıxış yolu axtarmaqda çətinlik çəkirlər. Çətinliklərini bölüşmədikcə ağır psixoloji sarsıntı yaşamış, müxtəlif birdəfəlik və ya davamlı zorakılığa məruz qalmış uşaqların durumu getdikcə daha da ağırlaşır, problemlər daha da dərinləşir. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da uşaqların müraciət edib, məsləhət istəyə biləcəkləri, keçirdikləri hissləri, emosiyaları, psixoloji zədələri bölüşə biləcəkləri peşəkar Uşaq Qaynar Xətt xidmətinə ehtiyacı var.    Bu ehtiyacı nəzərə alaraq, 2010-cu ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əməkdaşlığı və Azercell Telekom-un dəstəyi ilə Ümidli Gələcək GİB tərəfindən Bakı şəhərində Azərbaycan Uşaq Qaynar Xətt xidməti yaradıldı.

    2017-ci ildə Azercell şirkətinin təşəbbüsü və dəstəyi ilə Qaynar Xətt xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri istifadəyə verildi.

Bənzər xəbər


     Fəaliyyət göstərdiyi səkkiz il ərzində “Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə müxtəlif problemlərlə bağlı ölkənin bir çox şəhər və rayonlarından uşaqlar və gənclər, habelə valideynlər tərəfindən 32 000-dən artıq zəng daxil olub. Bu zənglərin əksəriyyəti psixoloji və emosional çətinliklər, ailədaxili problemlər, şəxslərarası, həmyaşıdlararası münasibətlərdə gərginlik, həmçinin məişət zorakılığı, əlilliklə bağlı məsələlər, təhsil və hüquqi məsələlərə ehtiyac və s. aiddir. Çətinliklə üzləşmiş hər bir uşağa sosial xidmət, psixoloji və hüquqi yardım, emosional dəstək göstərilir, onların qarşılaşdığı problemlərin həllinə dair məsləhətlər verilir, müraciətlərinin digər müvafiq xidmətlərə yönləndirilməsi təmin edilir. Qaynar Xətt xidmətinə zəng edən uşaq və gənclərə xüsusi təlimlər keçmiş peşəkar mütəxəssislər yardım edir.

     2018-ci ilin mart ayından etibarən qismən fəaliyyət göstərən Göygöl Regional Uşaq Qaynar Xətt xidmətimiz iyunun 13-dən başlayaraq rəsmi şəkildə işinə başladı. Göygöl ofisimiz Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzi ilə birgə Azercell şirkətinin dəstəyi ilə yaradılıb. Mərkəz yalnız Göygöl rayonu üçün deyil, eyni zamanda yaxın ətraf rayonların (Goranboy, Gəncə, Şəmkir, Qazax, Aqstafa) əhatə edilməsini də nəzərdə tutur.

     Göygöl Regional Uşaq Qaynar Xətt xidmətinin əməkdaşlarına təşkilatın mütəxəssisləri tərəfindən Qaynar Xəttin iş prinsipləri, Telefon vasitəsilə yardım və onun xüsusiyyətləri mövzusunda təlimlər keçirilmişdir.

    Xidmət 24 saat ərzində aktiv fəaliyyətini davam etdirir.

     Qaynar Xəttin Göygöl Regional Xidmətinin əlaqə telefonu 051 580 22 80-dir.

Əlavə məlumat üçün:

Kəmalə Aşumova

Ümidli Gələcək GİB İcraçı direktoru

Telefon: 055-616-69 -64

E-poçt: [email protected]

İnternet: www.childhelpline.az

Facebook səhfəsi: https://www.facebook.com/AzerbaijanChildHelpline/

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×