Logo
    main-post-cover

    “Uşaqlara kiberqayğı 2” layihəsi çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib

    Digər
    01.06.2026
    Farid
        “Uşaqlara kiberqayğı 2” qrant layihəsinin növbəti maarifləndirici tədbiri keçirilib. Layihə KOAZ-ın təşəbbüsü, KOICA-nın dəstəyiRİNN-in təşkilatçılığı ilə icra olunur.
        Technote.az xəbər verir ki, tədbir “Azərbaycan Uşaqları” İctimai Birliyinin Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində baş tutub. Tədbirdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar iştirak ediblər.
        Maarifləndirici sessiyada virtual məkandakı təhlükələrdən qorunma, fərdi məlumatların mühafizəsi və sosial platformalarda düzgün davranış mövzuları müzakirə olunub. Uşaqlara həmçinin fundamental kibergigiyena vərdişləri barədə məlumat verilib.
        Tədbir çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda uşaqlara sertifikatlarxüsusi hədiyyələr təqdim olunub.
        Qeyd edək ki, “Uşaqlara kiberqayğı” layihəsi sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin artırılmasına xidmət edir. Layihə uşaqların kibertəhlükəsizlik, rəqəmsal bacarıqlar və fərdi məlumatların qorunması sahəsində maarifləndirilməsini hədəfləyir.
    Paylaş
    Bənzər xəbərlər