Logo
    main-post-cover

    “Uşaqlara kiberqayğı 2” layihəsi çərçivəsində uşaq evində təlim keçirilib

    Digər
    25.05.2026
    Farid
        KOICA Azərbaycan Məzunlar Assosiasiyasının təşəbbüsü ilə həyata keçirilən “Uşaqlara kiberqayğı 2” layihəsi çərçivəsində 1 saylı Uşaq evi sosial xidmət müəssisəsində maarifləndirici təlim təşkil olunub. Layihə KOICA-nın dəstəyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə icra edilir.
        Technote.az xəbər verir ki, təlim zamanı uşaqlara onlayn risklər, fərdi məlumatların qorunması və kibergigiyena qaydaları barədə məlumat verilib. İştirakçılara sosial şəbəkələrdən düzgün istifadə üsulları da izah olunub.
        Təlimdə əsas diqqət valideyn himayəsindən məhrum olmuş uşaqların rəqəmsal təhlükəsizliyinə yönəlib. Müzakirə formatında keçirilən görüşdə uşaqları maraqlandıran suallar cavablandırılıb.
        Sonda iştirakçılara sertifikatlar və xüsusi hədiyyələr təqdim olunub. Tədbir çərçivəsində uşaqların rəqəmsal bacarıqlarının artırılması məqsədi ön plana çıxarılıb.
        “Uşaqlara kiberqayğı” layihəsi sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olmuş uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsinə yönəlib. Layihə çərçivəsində uşaqlara kibertəhlükəsizlik və fərdi məlumatların mühafizəsi sahəsində biliklər aşılanır.
    Paylaş
    Bənzər xəbərlər