Logo
    main-post-cover

    “Uşaqlara kiberqayğı 2” layihəsi yekunlaşıb

    Digər
    04.06.2026
    Farid
        “KOICA” Azərbaycan Məzunlar Assosiasiyasının (KOAZ) təşəbbüsü ilə həyata keçirilən “Uşaqlara kiberqayğı 2” qrant layihəsi uğurla başa çatıb. Layihə KOICA-nın dəstəyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə reallaşdırılıb.
        Technote.az xəbər verir ki, layihənin son maarifləndirmə təlimi 2 saylı Uşaq evi sosial xidmət müəssisəsində keçirilib. Təlim çərçivəsində uşaqlara rəqəmsal təhlükəsizlik mövzusunda məlumatlar təqdim olunub.
        İştirakçılara fərdi məlumatların mühafizəsi, internet və sosial mediadan təhlükəsiz istifadə qaydaları izah edilib. Həmçinin internetdə qarşılaşa biləcəkləri təhlükələr və kibergigiyena qaydaları barədə məlumat verilib.
        Təlim zamanı uşaqlara rəqəmsal bacarıqların inkişaf etdirilməsi yolları da təqdim olunub. Görüş interaktiv formatda təşkil edilib və iştirakçıların sualları cavablandırılıb.
        Tədbirin sonunda iştirakçılara sertifikatlar və müxtəlif hədiyyələr təqdim olunub. Bununla da “Uşaqlara kiberqayğı 2” layihəsinin icrası yekunlaşıb.
    Paylaş