
Uşaqlığımızın oyunu, Crash Bandicoot əfsanəsi geri qayıdır!
PlayStation-ın ən vacib platforma oyunlarından biri olan və ardından başqa platformalar üçün də satışa çıxarılan Crash Bandicoot seriyası, PlayStation 4 ilə yenidən pərəstişkarlarıyla görüşəcək.
Naughty Dog tərəfindən
hazırlanan oyun, Crash Bandicoot N.Sane Trilogy adı altında yalnızPlayStation 4 üçün bazara satışa çıxacaq. Bu xəbəri təsdiqləyən açıqlama isə
PlayStation İrlandiya tərəfindən Twitter hesabları üzərindən
edildi.
Crash Bandicoot nədir?
Crash Bandicoot orijinal olaraq PlayStation
One yəni ilk PlayStation üçün bazara satışa çıxarılan bir platforma oyundur. O
dövrlərdə olduqca populyar olan platforma oyunları arasında özünə tez bir
zamanda yer əldə edən və ardından da illər içində bir çox platformalarda tam
olaraq 18 dəfə qarşımıza çıxmışdır.
Naughty Dog-un ilk video oyun layihəsi olan
Crash Bandicoot, bu səfər də PlayStation 4 üçün satışa çıxacaq və hələlik
yalnız bu konsola xüsusi olacaq kimi görsənir.
Crash Bandicoot N.Sane Trilogy, 30 iyuntarixində bazara satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər