main-post-cover

    Uşaqlıqda yüksək IQ göstəricisi çox vacib faktı ortaya çıxardır

    Digər
    29.06.2017
    Farid Pardashunas

    Alimlər öyrəniblər ki, uşaq yaşlarında müşahidə olunan yüksək zəka səviyyəsi çox vacib bir xüsusiyyət daşıyır.

    Belə ki, həmin dövrdə müşahidə olunan yüksək zəka səviyyəsi, gələcəkdə həmin şəxsin insult, xərçəng ürək xəstəlikləri kimi digər ciddi xəstəliklərə yoluxmaq təhlükəsi riskini azaldır. Tədqiqatlar onu göstərib ki, daha yüksək zəka səviyyəsinə sahib olan insanlar, aşağı IQ səviyyəsinə sahib olan insanlardan daha çox yaşayırlar. Bu müşahidə üçün alimlər, Şotlandiyada 1936-cı ildə doğulmuş və 11 yaşında zəka testindən keçmiş 33.536 kişini və 32.229 qadını tədqiqatdan keçiriblər. Tədqiqat zamanı alimlər həmçinin yaş, cins və sosial-ekonomik status kimi özəllikləri də nəzərə alıblar. Bundan sonra tədqiqatçılar əldə olunmuş nəticələri, xərçəng, ürək xəstəlikləri, insult və s. inkişaf edən xəstəliklərlə müqayisə ediblər. Nəticədə alimlər belə qənaətə gəliblər ki, uşaq yaşlarında yüksək zəka səviyyəsi, 79 yaşına kimi ölüm riskinin aşağı olması ilə əlaqəlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər