
Alimlər öyrəniblər ki, uşaq yaşlarında müşahidə olunan yüksək zəka səviyyəsi çox vacib bir xüsusiyyət daşıyır.
Belə ki, həmin dövrdə müşahidə olunan yüksək zəka səviyyəsi,
gələcəkdə həmin şəxsin insult, xərçəng və ürək xəstəlikləri kimi digər ciddi xəstəliklərə
yoluxmaq təhlükəsi riskini azaldır. Tədqiqatlar onu göstərib ki, daha yüksək zəka
səviyyəsinə sahib olan insanlar, aşağı IQ səviyyəsinə sahib olan insanlardan
daha çox yaşayırlar. Bu müşahidə üçün alimlər, Şotlandiyada 1936-cı ildə
doğulmuş və 11 yaşında zəka testindən keçmiş 33.536 kişini və 32.229 qadını tədqiqatdan
keçiriblər. Tədqiqat zamanı alimlər həmçinin yaş, cins və sosial-ekonomik
status kimi özəllikləri də nəzərə alıblar. Bundan sonra tədqiqatçılar əldə
olunmuş nəticələri, xərçəng, ürək xəstəlikləri, insult və s. inkişaf edən xəstəliklərlə
müqayisə ediblər. Nəticədə alimlər belə qənaətə gəliblər ki, uşaq yaşlarında
yüksək zəka səviyyəsi, 79 yaşına kimi ölüm riskinin aşağı olması ilə əlaqəlidir.
Şərh yoxdur