main-post-cover

    Varlı ailələrin uşaqlarının nəticədə ixtiraçı olmaq şansları 10 dəfə çoxdur

    Digər
    11.12.2017
    Farid Pardashunas
    Əgər kasıb ailələrin uşaqları varlı ailələrin uşaqlarının ilk başda sahib olduqları şəraitə sahib olsaydılar, ixtiraçıların sayı 4 dəfə çox olardı.
    Bu barədə CNBC saytı xəbər verib. Gəlirləri orta səviyyədən aşağı olan ailələrdən fərqli olaraq varlı ailələrdə doğulan uşaqların ixtiraçı olmaq şansları 10 dəfə çoxdur. Bu barədə Stenford, Harvard, MTİ universitetlərinin və ABŞ-ın Maliyyə Nazirliyinin iqtisadiyyatçıları öz tədqiqatlarında bildiriblər. Məlum olub ki, demoqrafik qruplar arasında ixtiraçıların sayı baxımından tənasübsüzlük var və bu təkcə maliyyə tərəfdən qeyri-bərabərsizliyə aid deyil. Qaradərili uşaqlardan fərqli olaraq ağdərili uşaqların ixtiraçı olmaq ehtimalı 3 dəfə yüksəkdir. 40 yaşlı ixtiraçıların isə yalnız 18%-ni qadınlar təşkil edir. İndiki inkişaf tempi sayəsində gender bərabərliyinin əldə olunması üçün 118 il vaxt lazım olacaq.

    Əgər qadınlar, qaradərili insanlar və kasıb ailələrin uşaqları varlı ailələrin uşaqlarının sahib olduqları ilkin şəraitə sahib olsaydılar, ixtiraçıların sayı 4 dəfə çox olardı. Lakin gələcəkdəki peşənin seçilməsinə ən böyük təsiri təbii ki, ətraf mühit göstərir. İxtiraçılar arasında yaşayan uşaqların çox hissəsi çox böyük ehtimalla texnoloji institutlara üz tutacaqlar. Yəni uşağın ailəsi və ətraf mühiti onun imkanlarının inkişafına ciddi təsir göstərir. “Amerika bir çox Eynşteynləri ona görə itirib ki, xüsusi imkanları olan uşaqların lazımi ailə şəraitləri olmayıb” – deyə Harvard Universitetinin tədqiqatçısı Alexander Bell bildirib. Bundan əlavə olaraq iqtisadiyyatçılar həmçinin 1.2 milyon ixtiraçının (1996-cı ildən 2014-cü ilə kimi patent sorğuları göndərmiş insanlar) məlumatlarını da incələyiblər. Nəticədə onlar öyrəniblər ki, ailə göstəricisi həmçinin uşağın gələcəkdə nə ixtira edəcəyinə də təsir göstərir.

    Belə ki, Silikon Vadisində böyümüş insanlar çox zaman kompüter ilə əlaqəli cihazların hazırlanmasına üstünlük verirlər. Minneapolisdə böyümüş insanlar isə daha çox yüksək texnoloji tibbi cihazlara köklənir və nəticədə bu sahə üzrə patent sorğuları göndərirlər. Tədqiqatçılar düşünürlər ki, əgər həmin uşaqların ailələri digər şəhərə köçsəydilər, uşaqların ixtiraçı olmaq şansları 17% aşağı düşərdi. Heç şübhəsiz ətraf mühit çox vacib rol oynayır. Varlı ailələrin uşaqları müəyyən rayonlarda yaşayır, müəyyən məktəblərə gedir, daha sonra müəyyən universitetlərə daxil olaraq müəyyən yüksək maaşlı işdə çalışırlar. Bu effekti Stenford Universitetinin tədqiqatçıları təsdiq ediblər. Lakin bu effekt ixtiranın tərzinin, uşağın Silikon Vadisində və ya Minneapolisdə yaşamasındən asılı olmasını başa sala bilmir.

    Həmçinin məktəb və universitetlərin uşaqları müəyyən tərz ixtiralara görə yönləndirməmələri də dəqiqdir. Tədqiqatçılar düşünürlər ki, bu halda əsas rolu uşağın ailəsi və dostları oynayır. Onlar öz nümunələri ilə uşağı ilhamlandıraraq gələcəkdə hansı sahədə yeni bir şeyin yaradılması üzrə peşənin seçilməsinə təsir göstərirlər. Beləliklə bu tədqiqat əsas suala cavab verir: Dövlət səviyyəsində elmə marağı necə artırmaq olar? Adətən hökumətlər bunun üçün texniki universitetlərin dövlət səviyyəsində maliyyələşdirilməsindən və vergi tutmalarından istifadə edirlər. ABŞ-ın aparıcı universitetlərinin alimlərinin fikrincə ən effektiv həll üsulu mentor proqramlarının inkişafına vəsait yatırmaqdır. Qaradərili insanlara, qızlara və kasıb ailələrin uşaqlarına ixtiraçılar ilə ünsiyyətdə olmaq və onların yanında təcrübə keçmək imkanını vermək lazımdır. Bu öz növbəsində bərabərsizliyin sürətli şəkildə aradan qaldırılmasına və innovasiyaların yüksək səviyyədə inkişafına gətirib çıxaracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər