
Virtual Reallıq dəstəkli MineCraft-a hazırsınız?
Bir neçə gün əvvəl "Twitter" üzərindən Minecraft-ın Oculus Rift VR dəstəkli versiyasının gələn həftə təqdim olunacağı bildirildi.
Dünya çapında böyük maraq oyandıran və əldə etdiyi gəlir baxımından mobil oyun bazarına adını qızıl hərflərlə yazdıran Minecraft-ın yeni versiyası, sosial media üzərindən elan edildi. Oyunun proqramçılarından olan Tomasso Çeççi-nin "Twitter" hesabında paylaşdığı məlumata görə Minecraft-ın yeni versiyası VR dəstəyi ilə gələcək.
Tam olaraq bir tarix verilməsə də Minecraft-ın yeni versiyasının gələn həftə təqdim olunacağı və beləcə oyunun Oculus Rift virtual reallıq eynəyi vasitəsi ilə Windows 10 platformasında oynana bilinəcəyi elan edildi.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...