
Volkswagen Beetle modelinin istehsalını dayandıracaq
Volkswagen şirkətinin rəhbərliyi Beetle modelinin
istehsalını dayandıracaq. Məlumata əsasən bu 2018-ci ilin sonunda baş verəcək.
Bunun səbəbi isə Beetle modelinə tələbatın az olmasıdır. Alman brendi öz diqqətini
Avropada məşhurlaşan SUV modelində cəmləndirmək stəyir. Bu xəbər barəsində hələki
rəsmi məlumat yoxdur. Beetle modelinin yeni versiyası hələ 1998-ci ildə stehsal
olunmağa başlamışdır. İkiqapılı avtomobilin ikinci nəsil buraxılışı isə ilk dəfə
2011-ci ildə təqdim olunmuşdur. Yeni model 8 sm enli və 15 sm uzun idi. Beetle
modeli 3 versiyaya ayrılır (1.2, 1.4 və 2.0 litr həcmli mühərrik). Versiyadan
asılı olaraq avtomobillər 105-210 at gücünə malikdirlər. Keçən il isə Volkswagen
Beetle Denim kabrioletini təqdim etmişdi. Bu modeldən 2000 ədəd istehsal
olunmuşdu. Beetle Denim-in salonu süni dəri örtüklü idman oturacaqlardan ibarətdir.
O 1.8 litr həcmli 4 silindrli mühərrik ilə təchiz olunmuşdur. Mühərrik isə öz
növbəsində 170 at gücünə sahibdir.
Paylaş
Bənzər xəbərlər