Wallpaper(Şəkil) yükləmək üçün ən yaxşı 3 sayt
Digər
21.04.2018
Nijat Hamid
Kompüter istifadəçiləri olaraq, tez-tez ekran şəklini dəyişmək istəyirik. Amma indi keyfiyyətli şəkillər tapmaq da çətin məsələdi. Biz Technote olaraq, hər keyfiyyətdə və ölçüdə şəkil yükləyə bilməyiniz üçün 3 ən yaxşı saytı sizin üçün seçdik. İnanırıq ki, bu saytlar şəkil ehtiyacınızı qarşılayacaq.
- Saytların adlarının üstünə klik edərək sayta keçid edə bilərsiniz.
Möhtəşəm bir saytdır. Bir çox şəkil keyfiyyətini ( HD, Full HD, 2k və hətta 4k ) dəstəkləyir və hər cürə ekran ölçüsü mövcuddur. Ayrıca şəkilin altında sizin istifadə etdiyiniz ekranın ölçüsünü göstərir və bu da monitorunuza uyğun şəkil yükləməyiniz üçün əla nüansdı.
Bu saytın da ən yaxşı fərqlərindən biri çoxlu monitor dəstəyi və şəkil keyfiyyətinə malik olmasıdı. Əlavə olaraq siz şəkilə daxil olduğunuzda avtomatik olaraq sizin monitora uyğun şəkili seçir və onu yükləyirsiniz.
Möhtəşəm şəkil bazası ilə bu siyahıya girməyə layiq bir saytdı. Həm qeydiyyat sistemi mövcuddur, həm də Photoshop və Brauzerlər üçün plugin dəstəyi var.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
YouTube öz yeni dizaynını test etməyə başlayıb
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)