
Walt Disney "Tron 3" filmini ləğv edib
Walt Disney şirkəti "Tron 3" filmindən imtina edib. Bu barədə The Hollywood Reporter nəşriyyatı xəbər verib. Verilən məlumata görə Walt Disney film üçün müsbət cavabı heç vaxt verməyib. Daha əvvəl film haqqında gəzən şaiyələr isə sadəcə olaraq film üzərində müzakirələr imiş. Bundan əlavə xəbərdə bildirilib ki, "Tron 3" filmində Jared Leto da iştirak edəcəkmiş. Lakin aktyor ilə danışıqlara başlamamış film ləğv edilib. Qeyd edək ki, film seriyasının 3-cü hiss əsinin çəkilməsi haqqında şaiyələr hələ 2010-cu ildə yayılmağa başlamışdır. 2013-cü ildə isə "Tron: Legacy" filminin rejissoru Joseph Kosinski əlində maraqlı ssenarinin olduğunu və film üzərində çalışmağa istənilən zaman başlamağa hazır olduğunu bildirmişdir.
www.technote.az
www.technote.az
Paylaş
Bənzər xəbərlər