Logo
    main-post-cover

    Whatsapp'ın iOS versiyasına Face ID və Touch ID ilə autentifikasiya funksiyası əlavə olundu

    Digər
    04.02.2019
    Emil
        Whatsapp-ın iOS versiyası üçün biometrik autentifikasiya funksiyası aktiv edilib. Bu barədə Macdigger saytı xəbər verib. Bu funksiya vasitəsilə istifadəçi Faceb ID və ya Touch ID sayəsində messenceri bloklaya bilər. Yeni funksiya Whatsapp-ın 2.19.20 yenilənməsində aktiv edilib. Onun aktivləşdirilməsi üçün iPhone istfadəçisi messencerin Settings bölməsinə daxil olmalı, daha sonra Accounts bölməsində Privacy-ni seçərək ekran bloklanması funksiyasını aktiv etməlidir. Qeyd etmək lazımdır ki, bu funksiyanın aktivləşdirilməsindən sonra da istifadəçi bildirişlər panelində Whatsapp mesajlarına baxa və ya sürətli cavablar verə bilər. Tətbiqin özünə isə Face ID və ya Touch ID identifikasiyasından keçmədən daxil olmaq mümkün olmayacaq.
    Paylaş
    Bənzər xəbərlər