
Whatsapp'ın yaradıcılarından biri və CEO'su Jan Koum Facebook'u tərk edir: Səbəb nədir?
Məşhur WhatsApp messencerinin həmtəsisçisi
və CEO-su Jan Koum, Facebook-dan ayrılacağını elan edib. O, daha da irəli
getməli və bir qədər istirahət etməli olduğunu bildirib. Bu barədə Washington Post saytı xəbər verib.
“Bizim
Brian ilə WhatsApp-ı yaratmağımızdan artıq demək olar ki, 10 il keçib. Bu, ən
yaxşı insanlarla birgə inanılmaz macəra idi. Lakin mən artıq daha da irəli getməliyəm.
Mənim bu cür inanılmaz kiçik komanda ilə çalışmağımda və bizim məqsədyönlülüyümüzün
bütün dünya üzrə bu qədər insanın istifadə etdiyi messencerin yaratmasını izləməkdə
bəxtim gətirdi. Mən o vaxtda gedirəm ki, WhatsApp mənim fərz etdiyimdən də
böyük bir şeyə çevrilib. İnanılmaz dərəcədə güclü komanda təəccüb doğuracaq
şeylər etməyə davam edəcək. İT sahədən kənarda mənim xoşuma gələn şeylərlə məşğul
olmaq üçün mənə bir qədər vaxt lazım olacaq. Məsələn mən nadir Porsche modellərini
yığacam, öz avtomobillərimlə məşğul olacam və s. Və mən yenə də WhatsApp-a
heyran olacam. Lakin bu dəfə kənardan. Bu macəranı mümkün edən hər kəsə təşəkkürlər”
– deyə Jan Koum bildirib
Facebook şirkəti 2014-cü ildə Brian Acton və Jan
Koum-dan WhatsApp-ı alandan sonra bu iki şəxs Facebook-a keçdilər.
Brian Acton 2017-ci ildə Facebook-dan ayrıldı. Həmin vaxtdan o, Signal
messencerinin yaradılmasına 50 milyon dollar investisiya yatırdı. 2018-ci ildə
isə #DeleteFacebook kampaniyasına qoşularaq istifadəçi məlumatlarının
sızdırılması səbəbilə hamını Facebook tətbiqini smartfonlardan silməyə çağırdı.
Washington Post-un məlumatına əsasən Jan Koum Facebook-u və direktorlar
şurasındakı yerini sosial şəbəkənin menecerləri ilə fikir ayrılığı səbəbilə tərk
edir.
Belə ki, şirkət menecerləri messencerin şifrələmə sisteminin bir qədər zəiflədilməsini
tələb edirdilər. Beləliklə onlar reklam targetinqinin daha dəqiq olması üçün tətbiq
istifadəçilərinin məlumatlarının emalı ilə məşğul ola bilərdilər. Facebook-da
istəyirdilər ki, WhatsApp tez bir zamanda gəlirli olsun. Koum isə istifadəçilərin
özəl məlumatlarının qorunmasında qəti fikir yürütmüşdü və end-to-end şifrələnmənin
tərəfdarı idi. Tez-tez baş verən mübahisələr səbəbilə Koum Facebook kampusunda
az hallarda olurdu. Messencerin komandasından olan digər əməkdaşlar da Koum-un
ardınca şirkətdən ayrılmaq istəyirlər. Lakin onlar bunu ilin sonunda edəcəklər.
Belə ki, məhz həmin vaxtda onlar Facebook səhmlərinə opsionlar əldə edəcəklər.
Facebook-un CEO-su Mark Zuckerberg isə Jan Koum-a gördüyü işə görə təşəkkürlərini
bildirib. “Sənin mənə öyrətdiyin hər şey üçün, əsasən də şifrələmə və idarəetmənin
mərkəzləşdirilmiş sistemlərə deyil insan əllərinə ötürülməsi üsulları sahəsindəki
biliklərə görə minnətdaram. Bu dəyərlər həmişə WhatsApp-da qalacaq” – deyə
Mark Zuckerberg bildirib. Jan Koum 1992-ci ildə Kiyevdə anadan olub. 16 yaşında
o, anası ilə birgə Kaliforniyaya köçüb. Yahoo şirkətində işlədiyi bir vaxtda
Brian Acton ilə tanış olub və 2009-cu ildə onunla birgə WhatsApp messencerinin
yaradılmasına start verib. Hal-hazırda Koum Bloomberg-in milyarderlər
siyahısında 135-ci yeri tutur. Onun sərvəti 10.5 milyard dollar dəyərində qiymətləndirilir.
Paylaş
Bənzər xəbərlər