
"Wonder Woman" filminin ilk traileri
Wonder Woman olmamışdan öncə o Amazonlar şahzadəsi Diana
idi. O məğlubedilməz döyüşçü kimi böyüdülmüşdür. Qalan bütün dünyadan sərhədlənmiş
adada amerikalı pilot qəza edir və Diana-ya sərhəddən kənarda qalan dünyanın gələcəyində
baş verəcək ciddi konflikt barəsində danışır. Beləliklə Diana öz doğma evini tərk
edərək həmin təhlükənin qarşısını almağa cəhd göstərir. Rejissoru Patty Jenkins
olan filmdə baş rolları Gal
Gadot, Chris Pine, Robin Wright, Connie Nielsen və digərləri
canlandırıblar. "Wonder Woman”filminin premyerası 2017-ci ilin iyun ayında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər