
WoWoman ən böyük layihəsinə start verir
WoWoman xanımların inkişaf platforması ABŞ səfirliyinin dəstəyi ilə "WoWoman in Me" adlı layihəsinə start verir.
10 moduldan ibarət proqram xanımlarda
kommunikasiya və idarəçilik bacarığını artırmaq, proaktiv düşüncə tərzini
aşılamaq, sahibkar ruhunu aşkara çıxarmaq məqsədi ilə yaradılıb və
iştirakçıların fərdi və peşəkar inkişafına dəstək olmağı hədəfləyir.
"WoWoman in Me" proqramında xəyallarını
və hədəflərini gerçəkləşdirmək üçün yeni bilik və bacarıqlar öyrənmək istəyən tələbələr
və genc peşəkar xanımlar iştirak edə bilər.WoWoman platformasının əksər layihələri
kimi, bu proqram da tamamən ödənişsiz olacaq.
Bu proqram WoWoman platformanın təsisçisi
Zara Hüseynovanın şəxsi və peşəkar təcrübəsinə, onun Harvard, MIT, Stanford və
digər universitetlərdə iştirak etdiyi konfranslarda və traininglərdə əldə
etdiyi biliklərə, TED çıxışına və AIESEC təcrübəsinə əsaslanaraq
hazırlanmışdır.
Sentyabr və oktyabr aylarında keçiriləcək
10 modul başa çatdıqdan sonra növbəti 3 ay ərzində xanımlar fərdi mentorların nəzarəti
ilə öyrəndiklərini tətbiq edəcəklər. Mentorlar arasında Microsoft şirkətinin
regional direktoru Sərxan Həşimov, tanınmış təlimçi Şəms Mustafayeva, Oracle
üzrə ekspert Kamran Ağayev, PASHA Bankın kommunikasiyalar üzrə meneceri Ceyhun
Atayev, Barama İnnovasiyalar Mərkəzinin direktoru İmran Bağırov və digər
tanınmış 25 peşəkarı qeyd etmək olar.
Müraciət üçün son tarix 5 sentyabrdır.
Daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar: wowoman.az
Qeyd edək ki, WoWoman xanımların inkişafı
üçün 2.5 il öncə yaradılmış platformadır və artıq 6500 xanımın iştirakı ilə
müxtəlif sahələr üzrə layihələr və proqramlar həyata keçirib. Həmin layihələr
arasında Tech-Tech Xanım – İnformasiya Texnologiyaları sahəsini öyrənmək istəyən
xanımlar üçün proqramlar, WoWenture – xanımlar üçün sahibkarlıq proqramı, HR
Academy, Digital Marketing Academy və s. xüsusi vurğulamaq olar.
Facebook qrupu vasitəsilə WoWoman artıq
fəaliyyətinin bir hissəsini online davam etdirir, bu isə regionlarda yaşayan və
tədbirlərdə iştirak edə bilməyən xanımların özünü inkişaf etdirməsi üçün təkan
verir. Qrup vasitəsilə iştirakçılar təhsil, karyera, fərdi inkişaf mövzularında
öz təcrübələrini bölüşür və bir-birlərinə dəstək olurlar. Qrupun linki: https://www.facebook.com/groups/711082735656092/?fref=nf
Paylaş
Bənzər xəbərlər