Logo
    main-post-cover

    WUF13-ə həsr olunmuş elektron resurs istifadəyə verilib

    Digər
    16.05.2026
    Farid
        17-22 may tarixlərində Bakı şəhəri dünyanın nüfuzlu şəhərsalma platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyi edəcək. Tədbirlə əlaqədar Prezident Kitabxanası tərəfindən “WUF13 Azərbaycan” adlı elektron informasiya resursu hazırlanıb.
        Technote.az xəbər verir ki, layihə verilənlər bazası əsasında qurulub və 7 bölmə, 8 altbölmədən ibarətdir. Resursda BMT-Habitat təşkilatının yaranma tarixi, fəaliyyət istiqamətləri və idarəetmə strukturu barədə məlumatlar yerləşdirilib.
        Elektron resursda Ümumdünya Şəhərsalma Forumlarının təşəkkül prosesi və müxtəlif illərdə keçirilmiş sessiyalar haqqında məlumat təqdim olunur. Burada həmçinin dayanıqlı şəhər inkişafı, urbanizasiya və müasir şəhərsalma yanaşmaları ilə bağlı materiallar yer alıb.
        “WUF13 Azərbaycan” layihəsi Azərbaycan, ingilis və rus dillərində hazırlanıb. Çoxdilli format beynəlxalq auditoriyanın məlumatlandırılması və Azərbaycanın qlobal şəhərsalma gündəliyində iştirakının təqdim olunmasına xidmət edir.
        Resurs “Şəhərsalma və Memarlıq İli” çərçivəsində istifadəyə verilib. Prezident Kitabxanası tədqiqatçıları və istifadəçiləri elektron informasiya resursundan yararlanmağa dəvət edib.
    Paylaş