Logo
    main-post-cover

    X Avropa Komissiyasının reklam hesabını deaktiv edib

    Digər
    08.12.2025
    Sevinc
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, X platforması Avropa Komissiyasının reklam hesabını deaktiv edib. Bu addım Komissiyanın şirkəti 120 milyon avro məbləğində cərimələməsindən sonra atılıb. Cərimə Avropa İttifaqının Rəqəmsal Xidmətlər Aktı (DSA) çərçivəsində X-ə tətbiq olunan ilk böyük sanksiya hesab olunur.
    EU hits Elon Musk's X with $140 million fine over business practices : NPR
        Avropa Komissiyası bildirib ki, X-in pullu təsdiqləmə, mavi işarə sistemi istifadəçiləri saxtakarlıq və kimlik oğurluğu riskinə daha açıq edir. Bundan əlavə, platformanın reklam kitabxanasının DSA tələblərinə uyğun olmadığı qeyd olunub. Komissiya X-dən 60 gün ərzində mavi işarə sistemi ilə bağlı izahat, 90 gün ərzində isə reklam şəffaflığı ilə bağlı pozuntuların aradan qaldırılmasını tələb edib. Tələblər yerinə yetirilməzsə, əlavə sanksiyalar tətbiq oluna bilər.
        Komissiya həmçinin bildirib ki, 2023-cü ilin oktyabrından etibarən X-də pullu reklamlar dayandırılıb və bu qərar hələ də qüvvədədir.
    Paylaş