
X-Men film seriyası hansı istiqamətdə inkişaf edəcək?
20th Century Fox Studiyası X-Force komandasının superqəhrəmanları
haqqında film çəkməyi planlaşdırır. Bundan əlavə olaraq studiya Wolverine personajını
onun qadın klonu olan X-23-ə dəyişməyi düşünür. Bu barədə "X-Men: Apocalypse” filminin rejissoru
Bryan Singer müsahibəsində bildirib. "Mən bu məsələni artıq studiya ilə müzakirə
etmişəm. Onlara hətda X-Force komandasının və X-23 obrazının bir sıra konsept məlumatlarını
da təqdim etmişəm. Simon Kinberg ssenarinin hazırlanmasının hələ ilkin mərhələsindədir.
Layihə özü hələki istehsalın ilkin mərhələsindədir. Görək bundan nə alınacaq” –
deyə Bryan Singer bildirib. Qeyd edək ki, Wolverine-nın qadın klonu olan X-23
personajı Weapon X proqramı çərçivəsində aparılmış təcrübələr sayəsində
yaradılmışdır. X-23 də Wolverine kimi sürətli şəkildə regenerasiya qabiliyyətinə
sahibdir. Lakin X-23 ölümsüz deyil. Çoxlu qan itirdikdə və ya daxili orqanlar
ciddi zərər gördükdə X-23 rahatlıqla ölə bilər. Wolverine-dan fərqli olaraq
X-23-ün hər bir əlində 2, hər bir ayağında isə 1 iti caynaq var. Bryan Singer
yeni filmin çəkiliş qrafiki və mümkün olacaq premyera tarixi haqqında heç bir məlumat
verməyib. Onu da qeyd edək ki, gələn il böyük ekranlara çıxacaq "Wolverine 3” filmində
Hugh Jackman Wolverine obrazını sonuncu dəfə canlandıracaq.
Paylaş
Bənzər xəbərlər