main-post-cover

    Xərçəng hüceyrələrini bir neçə dəqiqəyə məhv edən nanorobotlar hazırlanıb

    Digər
    02.09.2017
    Farid Pardashunas

    Alimlər, aktivləşdirilməsi asan olan kiçik nanorobotlar hazırlayıblar. Həmin nanorobotlar, xərçəng hüceyrələrini bir neçə dəqiqə ərzində məhv edirlər.

    Sözügedən nanorobotlar, işıq vasitəsilə aktivləşirlər. Beləliklə onlar xərçəng hüceyrələrinə nəzər yetirərək onları məhv edirlər. Robotlar o qədər balacadırlar ki, eninə düzülmüş 50.000 bu cür robot, insan saçının qalınlığını keçmir. Hər bir robot elə tərzdə hazırlanıb ki, o, nəzər yetirdiyi müəyyən zülala qarşı həssas olsun. İşıq vasitəsilə aktivləşəndən sonra nanorobotlar, saniyədə 3 milyon dəfə sürətlə fırlanmağa başlayırlar. Nəticədə bu fırlanma sayəsində onlar, xərçəng hüceyrəsinə daxil olaraq onu məhv etmək üçün lazımi qüvvəti əldə edirlər. İşıqsız onlar, xərçəng hüceyrəsini aşkar edə bilərlər, lakin ona daxil ola bilməzlər. Hələki bu cür üsul, müxtəlif mikroorqanizmlər və balıqlar üzərində testdən keçirilir. Lakin bu cür texnologiyaların sayəsində gələcəkdə insan xəstəliklərinin müalicəsi üzrə tamamilə yeni və effektiv üsullar yaratmaq mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər