
Xərçəng xəstəliyinin sağalmaması səbəbi müəyyən edildi
Biotibbi Tədqiqatlar Institutunun mütəxəssisləri xərçəng şişlərinin kimyəvi müalicəyə hansı səbəbdən dayanıqlı olduqlarını müəyyən ediblər.
Cərrahiyənin gücsüz qaldığı anda
kimyəvi müalicə sağalmağın yeganə üsuludur. Lakin bu üsulun da mənfi cəhəti
var. O da xərçəng hüceyrələrinin kimyəvi müalicəyə oyan dayanıqlığıdır. Alimlər
müəyyən ediblər ki, mədə və yoğun bağırsaq şişlərinin 10%-də TP53TG1 molekulu
mövcud deyil. "Technote.az"ın "Rambler"ə istinadən verdiyi xəbərə əsasən bu molekul sağlam hüceyrələrdə YBX1 zülalını aradan qaldırır.
YBX1 zülalı isə öz növbəsində xərçəng hüceyrələrinin sağ qalmasına imkan verir.
TP53TG1 molekulu olmadan kimyəvi müalicə mənasızdır. Tədqiqatçıların məlumatlarına
əsasən sözügedən molekulsuz nəinki bu cür xərçəng növlərində istifadə olunan dərmanların,
hətta yeni növ müalicə üsullarının da effektivliyi itir. Hal-hazırda alimlər xərçəng
hüceyrələrinin yüksək dayanıqlılıq göstərməmələrini təmin edən yeni dərman və
TP53TG1 molekulunun aktiv olunması üzərində çalışırlar.
Paylaş
Bənzər xəbərlər