
Xəstəxanadakı uşaqları əsl qəhrəmanlara çevirən Reklam filmi ( VİDEO)
Hər Xəstə Uşaq Bir Qəhrəmandır. Torontodakı SickKids Xəstəxanası müxtəlif xəstəliklərlə savaşan uşaqları savaşçıya çevirərək, təsirli bir filmə imza atır.
Sağlıq problemləri yaşamaq hərkəs üçün can sıxıcı bir durumdur. Dırnağın qırılmasından saç tökülməsinə qədər ən kiçik şey insanın
özünü pis hiss etməsinə səbəb ola bilir. Lakin bəzi vəziyyətlər var ki, bunlara qalib gəlmək üçün savaşçı olmaq lazımdır. Bezməmək, savaşmaq və heç bir zaman əzmini itirməmək. Və
bu xəstəliklərin yanında işarət barmağınızdakı kəsik izi heçnədir.
Torontodakı SickKids xəstəxanası, "SickKids VS: Undeniable”adlı yeni filmi ilə xərçəngə, autizmə, kistik fibroza və s. kimi xəstəliklərə
qarşı qorxusuzca savaşan cəsur uşaqları baş rola daşıyır. Çünki bu uşaqlar bəlkə
də bir çoxumuzun təxəyyül belə edə bilməyəcəyi maneələri keçərək həyatlarına
davam edirlər.
Xəstəxana-sağlıq sahəsindəki reklam filmlərinin çoxunda adətən
bizi kədərləndirəcək, gözlərimizi dolduracaq mövzular yer alarkən "SickKids vs
Undeniable" filmi, damarlarınıza adrenalin yükləyərək onu təkrar-təkrar izləməyinizə
gətirib çıxarır.
Paylaş
Bənzər xəbərlər