
Xiaomi 14-ün ardınca Xiaomi 14 Pro da Geekbench testlərindən keçib
Digər
24.10.2023
Emil
Xiaomi 14-ün ardınca Xiaomi 14 Pro-nun Geekbench 6 testlərindən keçdiyi məlum olub. Qeyd etmək lazımdır ki, adi Xiaomi 14 kimi Xiaomi 14 Pro da Snapdragon 8 Gen 3 prosessoru vasitəsilə çalışacaq. Geekbench testlərindən Xiaomi 14 Pro-nun 16 GB RAM-a sahib versiyası keçib. Smartfon Geekbench 6-nın bir nüvəli testi çərçivəsində 2150 xal, çox nüvəli testi çərçivəsində isə 6892 xal toplayıb. Beləliklə Xiaomi 14 Pro modeli Xiaomi 13 Pro-dan 20% daha performanslıdır. Qeyd etmək lazımdır ki, Xiaomi 14 smartfon seriyasının təqdimatı 26 oktyabr tarixində baş tutacaq.

Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
