
'Xiaomi', əjdaha kimi çərçivəsiz flaqman Mi Mix 2-ni və orta büdcəli Mi Note 3-ü təqdim etdi
“Xiaomi”, iPhone 8-in təqdimatından bir gün qabaq keçən ilki dəbli Mi Mix modelinin yeni versiyasını təqdim etdi.
Şirkət keçən ilki flaqmanın konsepsiyasını saxlayaraq onun kənar
çərçivələrini daha da nazik edib. Keçən ilki Mi Mix, konseptual model
olduğundan onda bir qədər mənfi özəlliklər var idi. Lakin yeni versiyada həmin
mənfi özəlliklər aradan qaldırılıb. “Mi Mix, gələcək smartfonların necə görünəcəyinə
ilk işarə idi. Biz, hamının gözləntilərini üstələyən dizayna sahib və çərçivəsiz
ekranlı smartfon trendini verən konseptual cihaz hazırladıq. Mi Mix 2, gələcəyin
artıq çatdığını bildirir. Bu, dizayn və texnologiya sahəsində innovasiyalara
sahib olaraq daha çox insan üçün nəzərdə tutulmuş və gözləntilərin daha üst səviyyəsində
olan təcrübi telefondan baş vermiş təkamüldür” – deyə şirkətin CEO-su Lei Jun,
təqdimat vaxtı qeyd edib. Xarici görünüşcə yeni versiya, keçən ilki modeldən fərqlənmir.
Arxa qapaq yenə də keramikadan hazırlanıb. Lakin bu dəfə hər 4 kənar tərəfdən əyilmiş
formaya sahibdir. Gövdənin çərçivələri isə alüminiumdan hazırlanıb. Arxa paneldə
bir ədəd kamera, ikiqat işıqlandırma sistemi və barmaq izi skanı yerləşir. Əsas
dəyişiklik isə smartfonda adi səsgücləndirinin olmasıdır. O, ekranın alt hissəsində
yerləşir. Nəticədə danışıq zamanı səs keyfiyyəti, keçən ilki versiyadan daha
yaxşı olmalıdır. Texniki göstəricilərinə gəldikdə isə Mi Mix 2, 5.99 inç IPS
ekran (alt çərçivə, 12% daha kiçilib), 8 nüvəli Snapdragon 835 prosessoru,
Adreno 540 qrafik çipi, 6 GB RAM, 64/128/256 GB daxili yaddaş, Sony IMX386
sensoruna sahib 12 MP-lik arxa və 5 MP-lik ön kamera, 3400 mAh enerji tutumlu
batareya ilə təchiz olunub. 64 GB daxili yaddaşa sahib versiya, 505$, 128 GB daxili yaddaşa
sahib versiya, 550$, 256 GB daxili yaddaşa sahib versiya isə 615$ qiymətində
satışa çıxacaq.
“Xiaomi” həmçinin Mi Note seriyasının 3-cü nəslini təqdim etdi. Faktiki olaraq təqdim olunmuş Mi Note 3, Mi6-nın bir qədər
böyüdülümüş versiyasıdır. Belə ki, o, Mi6-nın dizaynını, ikiqat optik zoom özəlliyinə
sahib ikili arxa kamerasını və ucuz qiymətini özündə birləşdirir. Lakin texniki
göstəricilərə görə yeni model, Mi6-dan fərqlənir. Bununla yanaşı “Xiaomi”, “Apple”
ilə zarafat etmək imkanını qaçırmayaraq yeni modelin, iPhone 7 Plus ilə eyni
ekran ölçüsündə olmasına baxmayaraq “Apple” məhsulundan daha kiçik olduğunu da
qeyd edib. Diqqətli istifdəçilər isə fikir veriblər ki, təqdim olunmuş fotoda
iPhone 7 Plus deyil, iPhone 6 və ya iPhone 6S Plus modeli əks olunub. Mi Note
3, ön və arxa panel cəhətdən Mi6-nı xatırladır. Belə ki, o da metal korpusa
sahibdir və hər iki tərəfdən şüşə ilə örtülüb.
Texniki göstəricilərinə gəldikdə isə Mi Note 3, 5.5 inç IPS
ekran, 8 nüvəli Snapdragon 660 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş,
ikiqat optik zoom və optik stabilizasiya özəlliklərinə sahib 12 MP-lik ikili
arxa kamera, 16 MP-lik ön kamera, sürətli enerji yığma özəlliyinə sahib 3500
mAh enerji tutumlu batareya və USB Type-C girişi ilə təchiz edilib. Bununla
yanaşı smartfon, barmaq izi skanı və stereo səsgücləndiricilərə də sahibdir. Mi
Note 3-ü, Mi6-dan fərqləndirən əsas özəlliklərindən biri də ön kameradır. Belə
ki, Mi6, 8 MP-lik ön kameraya sahib olduğu halda, Mi Note 3, 16 MP-lik ön
kamera ilə təchiz olunub. Bundan əlavə olaraq yeni modelin ön kamerası həmçinin
çəkilmiş fotoların keyfiyyətlərini yaxşılaşdırmaq üçün Adaptable AI Beautify
texnologiyası ilə təmin olunub. 6 GB RAM və 64 GB daxili yaddaşa sahib qara rəngli
model, 385$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib qara rəngli model, 445$, 6
GB RAM və 128 GB daxili yaddaşa sahib göy rəngli model isə 460$ qiymətinə
satılacaq.
Keçən il “Xiaomi” öz ilk noutbooku olmuş Mi Notebook Air-i təqdim
etmişdi. O, 12.5 və 13.3 inç ekran versiyalarında satışa çıxmışdı. Bu müddət ərzində
şirkət onun bir neçə yenilənmiş versiyasını təqdim etdi. Lakin bütün bu məhsullar
arasında şirkətin sözün əsl mənasında yüksək texniki performansa sahib
noutbooku yox idi. İndi isə şirkət bunu düzəltməyə qərar verdi və Mi Notebook
Pro-nu təqdim etdi. Kompakt və yüksək texniki performansa sahib olan bu
noutbook 15.6 inç-lik ekranla təchiz
olunub. Onun korpusu aluminiumdan hazırlanıb və Mi Notebook Air kimi
minimalistik dizayna sahibdir. Mi Notebook Air-də olduğu kimi Mi Notebook
Pro-nun ekranı da hər tərəfdən nazik çərçivələrə sahibdir və ekranın özü şüşə
ilə örtülmüşdür. Ekranın alt hissəsində Mi loqosu olduğu halda, cihazın qapağı,
loqodan azad edilib. Şirkət həmçinin yeni modeli, sonuncu MacBook Pro ilə də
müqayisə edib. Şirkətin bildirdiyinə görə Mi Notebook Pro-da klaviatura 19%
daha böyükdür.
Bu isə mətnin yazılmasında böyük komfortluq yaradır.
Klaviaturanın aşağı hissəsində isə barmaq izi skanına sahib touchpad yerləşir.
Bundan əlavə olaraq şirkət qeyd edib ki, MacBook Pro-da 4 ədəd USB Type-C
girişinin olduğu halda, Mi Notebook Pro, 2 ədəd USB Type-C, 2 ədəd USB 3.0,
HDMI və yaddaş kartı girişlərinə sahibdir. Mi Notebook Pro, 40% daha güclü hava
axını yaradan və simmetrik şəkildə yerləşdirilmiş 2 ədəd ventilyator vasitəsilə
soyudulur. Texniki göstəricilərinə gəldikdə isə Mi Notebook Pro, 4.0 GHz
tezlikli 8-ci nəsil 7 nüvəli Intel Core i7 prosessoru, NVIDIA GeForce MX150
videokartı, DDR4 tipli iki kanallı 16 GB RAM, 256 GB PCIe SSD daxili yaddaş,
sürətli enerji yığma özəlliyinə sahib 60 kilovat-saat enerji tutumlu batareya və
geniş səs sistemi olan Dolby Atmos ilə təchiz olunub. Mi Notebook pro, Windows 10 əməliyyat
sistemi vasitəsilə çalışacaq. Intel Core i7 prosessoruna və 16 GB RAM-a sahib
olan versiya, 1075$,
Intel Core i7 prosessoru və 8 GB RAM-a sahib versiya, 983$, Intel Core i5 və 8 GB RAM-a sahib
versiya isə 860$ qiymətinə
satılacaq. Satış tarixi haqqında məlumatın isə sonradan veriləcəyi qeyd olunub.
Paylaş
Bənzər xəbərlər