
XXX filmi geri qayıdır
"XXX" film seriyasının 3-cü hissəsinin çəkilişlələri bu ilin dekabr ayında başlayacaq. Bu barədə filmin baş rol ifaçısı və prodüsseri Vin Diesel öz İnstagram səhifəsində bildirib. Aktyor filmin süjet xətdi ilə premyera tarixi barəsində heç bir məlumat verməyib. Qeyd edək ki, birinci hissə 2002-ci ildə böyük ekranlara çıxaraq 303 milyon dollar gəlir gətirmişdir. 2005-ci ildə isə böyük ekranlara "XXX: State of the Union" filmi çıxdı. Lakin ikinci hissədə Vin Diesel iştirak etmirdi. 3-cü hissə barəsində şaiyələr hələ 2008-ci ildən bəri gəzirdi. 2013-cü ildə isə Vin Diesel bildirmişdir ki, onun əlində artıq hazır ssenari var. Görünür "Fast & Furious 7" filminin uğurundan sonra Vin Diesel-ə şans verilib. Birinci hissənin yaradıcısı Rob Cohen-in 3-cü filmdə qayıdacağı hələki məlum deyil.
Paylaş
Bənzər xəbərlər