
"xXx: The Return of Xander Cage" filminin ilk traileri təqdim olunub
Hamı elə düşünürdü ki, Xander Cage öz sevgilisi ilə birlikdə vəfat
edib. Lakin bu başqalarından qorunmaq üçün bir hiylə idi. Artıq o geri qayıdır
və yeni sirli tapşırıqları yerinə yetirməyə hazırdır. Onun yeni missiyası bütün
dünya üçün təhlükəli olan "Pandora Qutusu” adlı gizli silahı tapmaqdır.
Rejissoru D.J. Caruso-nun olduğu yeni filmdə baş rolları Vin Diesel, Ruby Rose,
Samuel L. Jackson, Nina Dobrev, Donnie Yen və digərləri canlandırıblar. "xXx: The Return of Xander Cage” filminin
premyerası 2017-ci ilin yanvar ayında baş tutacaq.
Paylaş
Bənzər xəbərlər