Logo
    main-post-cover

    Y Combinator startaplara investisiyanı steyblkoinlə ödəməyə başlayır

    Digər
    04.02.2026
    Ilhama
        Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Y Combinator startaplar üçün investisiya prosesində mühüm yeniliyə hazırlaşır. Akseleratora qəbul edilən bütün startaplar yaxın vaxtlardan etibarən seed investisiyanı ənənəvi bank köçürməsi ilə yanaşı, steyblkoinlər vasitəsilə də ala biləcəklər.
    Y-Combinator Matters (But So Does Good Research Design)
        Məlumata görə, YC-nin klassik “standart razılaşması” dəyişmir. Akselerator startaplara 500 min dollar sərmayə yatırır və bunun qarşılığında şirkətin 7 faizini əldə edir. Yenilik ondadır ki, bu məbləğin blokçeyn üzərindən Base, Solana və Ethereum şəbəkələri vasitəsilə köçürülməsi mümkün olacaq. Sistem ilk dəfə qarşıdan gələn yaz batch-i ilə tətbiq ediləcək.
        YC-nin kripto sahəsinə fokuslanan tərəfdaşı Nemil Dalal bu barədə The Block nəşrinə açıqlamasında bildirib ki, steyblkoinlərlə ödəniş xüsusilə inkişaf etməkdə olan ölkələrdən olan təsisçilər üçün daha sürətli və effektivdir. Bank gecikmələri, yüksək komissiyalar və valyuta məhdudiyyətləri bu üsulla minimuma enir.
        Qeyd edək ki, Y Combinator bu addımı ilə kripto və blokçeyn sahəsinə marağını açıq şəkildə nümayiş etdirir. Keçən ilin payızında YC, Coinbase Ventures və Base ilə əməkdaşlıq edərək startapları blokçeyn əsaslı məhsullar yaratmağa təşviq etmişdi. ABŞ-də kripto sənayesi üçün daha aydın və dostyana tənzimləmələrin formalaşması da Silikon Vadisində bu texnologiyalara marağı yenidən artırıb.
    Paylaş