Yaddaş pozğunluğu əslində beynin faydalı xüsusiyyətidir
Digər
24.06.2017
Emil Nəcəfov
Toronto Universitetindən olan alimlər öyrəniblər ki, qısa yaddaş əslində xeyirli bir xüsusiyyətdir.
Onların fikrincə qısa yaddaş beynin, məlumat çoxluğuna qarşı
sağlam reaksiyasıdır. Belə ki, lazımi məlumatların əlavə olunması üçün köhnə və
lazımsız məlumatlar beyindən silinir. Əgər siz tez-tez öz mobil telefonunuzu və ya avtomobil açarınızı evdə unudursunuzsa, onda bunu yaşlılıqla əlaqələndirən
qohumlarınıza qulaq asmayın. Bu, yaşlılıq deyil. Bu, beynin, daxili yaddaş həcmini
təmizləməsi özəlliyidir. Belə bir qənaətə gələn alimlərin fikrincə yaddaş daha
dəqiq məlumatı deyil, gələcəkdə düzgün qərarlar qəbul etməyə yardımçı olacaq
daha faydalı məlumatları özündə saxlayır. Alimlər öyrəniblər ki, müəyyən
müddətdən sonra yaddaş funksiyasına cavabeh olan neyron şəbəkələri zəifləyir,
yeni neyronlar isə artıq varolan xatirələrin yerinə digərlərini yazırlar. Bu,
insanın yeni vəziyyətə öyrəşməsi üçün edilir. Siçanlar üzərində aparılmış təcrübələrdən
biri göstərib ki, əgər siçanların köhnə xatirələri silinərsə, onda onlar yeni
labirintdə çıxışı daha tez taparlar.
Ətraf mühitdə dəyişikliklərin necə sürətlə baş verməsi ilə
yanaşı həmdə köhnə faktları da həmin sürətlə unutmaq lazımdır. Yaddaş
pozğunluğunun digər bir səbəbi isə ümumiləşdirmədir. Belə ki, son dəfə hansısa
kafeyə gedən zaman hənin kafedə keçirilmiş xoş vaxtın bütün detallarını xatırlamaq,
beyin üçün mənasızdır. Əksinə həmin kafeyə bir daha gedib-getməməyə qərar vermək
üçün qısa təəssürat anında yaşanılmış həyəcanı ümumiləşdirmək lazımdır.
Bunların hamısı isə beyindəki yaddaş həcminin səmərəli istifadəsi üçün nəzərdə
tutulub. “Beyninizin, bir-birilə uyğunlaşmayan ən kiçik detallar barədə xatirələri
yaddaşda saxlaya biləcəyi bir dünyada yaşamaq çətin olardı. Bu, ən düzgün qərarın
qəbul olunmasında çətinliklər yaradacaqdı. Biz, müxtəlif yarışlarda iştirak edən
və müxtəlif faktları bilən insanları ideallaşdırırıq. Lakin yaddaşın məğzi,
1972-ci ildə Stenli kubokunun kim tərəfindən udulmasını xatırlamaq deyil.
Yaddaşın əsas özəlliyi bizi, düzgün qərarlar qəbul edən ağıllı insan etməkdir.
Lazımsız məlumatları unutmadan buna nail olmaq isə çox qəliz məsələdir” – deyə
alimlərdən biri qeyd edib.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!