Yaddaş pozğunluğu əslində beynin faydalı xüsusiyyətidir

Yaddaş pozğunluğu əslində beynin faydalı xüsusiyyətidir

Digər
24.06.2017 PAYLAŞIM

Toronto Universitetindən olan alimlər öyrəniblər ki, qısa yaddaş əslində xeyirli bir xüsusiyyətdir.

Onların fikrincə qısa yaddaş beynin, məlumat çoxluğuna qarşı sağlam reaksiyasıdır. Belə ki, lazımi məlumatların əlavə olunması üçün köhnə və lazımsız məlumatlar beyindən silinir. Əgər siz tez-tez öz mobil telefonunuzu və ya avtomobil açarınızı evdə unudursunuzsa, onda bunu yaşlılıqla əlaqələndirən qohumlarınıza qulaq asmayın. Bu, yaşlılıq deyil. Bu, beynin, daxili yaddaş həcmini təmizləməsi özəlliyidir. Belə bir qənaətə gələn alimlərin fikrincə yaddaş daha dəqiq məlumatı deyil, gələcəkdə düzgün qərarlar qəbul etməyə yardımçı olacaq daha faydalı məlumatları özündə saxlayır. Alimlər öyrəniblər ki, müəyyən müddətdən sonra yaddaş funksiyasına cavabeh olan neyron şəbəkələri zəifləyir, yeni neyronlar isə artıq varolan xatirələrin yerinə digərlərini yazırlar. Bu, insanın yeni vəziyyətə öyrəşməsi üçün edilir. Siçanlar üzərində aparılmış təcrübələrdən biri göstərib ki, əgər siçanların köhnə xatirələri silinərsə, onda onlar yeni labirintdə çıxışı daha tez taparlar.

Ətraf mühitdə dəyişikliklərin necə sürətlə baş verməsi ilə yanaşı həmdə köhnə faktları da həmin sürətlə unutmaq lazımdır. Yaddaş pozğunluğunun digər bir səbəbi isə ümumiləşdirmədir. Belə ki, son dəfə hansısa kafeyə gedən zaman hənin kafedə keçirilmiş xoş vaxtın bütün detallarını xatırlamaq, beyin üçün mənasızdır. Əksinə həmin kafeyə bir daha gedib-getməməyə qərar vermək üçün qısa təəssürat anında yaşanılmış həyəcanı ümumiləşdirmək lazımdır. Bunların hamısı isə beyindəki yaddaş həcminin səmərəli istifadəsi üçün nəzərdə tutulub. “Beyninizin, bir-birilə uyğunlaşmayan ən kiçik detallar barədə xatirələri yaddaşda saxlaya biləcəyi bir dünyada yaşamaq çətin olardı. Bu, ən düzgün qərarın qəbul olunmasında çətinliklər yaradacaqdı. Biz, müxtəlif yarışlarda iştirak edən və müxtəlif faktları bilən insanları ideallaşdırırıq. Lakin yaddaşın məğzi, 1972-ci ildə Stenli kubokunun kim tərəfindən udulmasını xatırlamaq deyil. Yaddaşın əsas özəlliyi bizi, düzgün qərarlar qəbul edən ağıllı insan etməkdir. Lazımsız məlumatları unutmadan buna nail olmaq isə çox qəliz məsələdir” – deyə alimlərdən biri qeyd edib.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×