Yadplanetli həyat formasının aşkar edilməsi üçün yeni irimiqyaslı layihə işə salınıb

Yadplanetli həyat formasının aşkar edilməsi üçün yeni irimiqyaslı layihə işə salınıb

Digər
16.03.2020 PAYLAŞIM

    Mütəxəssislər artıq dəfələrlə müasir süni zəka sistemlərinin kosmosdan olan siqnalları düzgün interpretasiya etmələrinə şübhə ilə yanaşdıqlarını qeyd ediblər. Buna baxmayaraq kosmosdan olan siqnalların və yadplanetli həyat formalarının axtarışı davam edir. Beləliklə astronomlar bu istiqamətdə PANOSETI adlı yeni təşəbbüsü işə salırlar. Sözügedən layihə yaxın zamanda müşahidə olunan kosmik məkanın tam monitorinqini aparmağa imkan verəcək. Bu barədə Digitaltrends.com saytı xəbər verib.

    20 il ərzində yadplanetli həyat formasının mövcudluğu barəsində hansısa bir sübutu əldə etməmiş [email protected] layihəsinin bağlanmasından sonra astronomlar öz yeni planlarını açıqlayblar. Belə ki, bundan sonra yadplanetli həyat formasının axtarışı ilə teleskoplar məşğul olacaqlar. PANOSETI (Pulsed All-Sky OIR-Optical SETI) layihəsi bir neçə nanosaniyə ərzində baş verən işıq parlaqlıqlarını ya dalğaların optik uzunluqları üzrə ya da infraqırmızı şüalanma üzrə təyin etməyi bacaran onlarla cihaz əsasında çalışacaq.


    “Astronomlar indiyənə kimi müşahidə edilməmiş kosmik məkanı analiz edən zaman adətən heç kimin öncədən proqnozlaşdırmadığı təəccübləndirici şeylər aşkar edə bilirlər. Əsas məqsəd yüksək inkişaf səviyyəsinə çatmış sivilizasiyadan ola biləcək qısa, lakin güclü siqnalları aşkar etməkdir. Nəzərə alsaq ki, həmin siqnallar nadir və qısa olacaqlar, biz uzun müddət ərzində göy üzünün böyük hissəsini müşahidə etməyi planlaşdırırıq” - deyə alimlər qeyd ediblər. Kaliforniyanın San Xose şəhərində yerləşən iki teleskop artıq bu layihə çərçivəsində işə salınmaq üzrə hazırlıqlardan keçir. Gələcəkdə 80 belə teleskopun sözügedən layihə çərçivəsində işə salınması planlaşdırılır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Azercell jurnalistləri Milli Mətbuatın 145-illiyi münasibətilə təbrik edir!..

Məlumatın, xəbərin son dərəcə əhəmiyyətli olduğu ən həssas zamanlarda məhz şücaətli jurnalistlər öz ..


ABŞ-da Google şirkəti məhkəməyə verildi: Səbəb nədir?

ABŞ-da Google şirkəti Android əməliyyat sistemi səbəbilə məhkəməyə verildi.


Alimlər tarixdə ilk dəfə yeni planetin yaranma prosesini müşahidə ediblər (VİDEO..

Hal hazırda olan aktual elmi nöqteyi nəzərdən kainatın yaranması Böyük Partlayış ilə başlayıb. Lakin..


Əsrin sonuna gözlənilən iqlim dəyişikliyi artıq bütün qitələrdə başlayıb..

Güman olunurdu ki, tropik və subtropik regionlarda təyin olunacaq isti və nəm iqlim şəraiti planetin..


Astronomlar Yer kürəsinə ən yaxın olan qara dəliyi aşkar ediblər

Avropa cənub rəsədxanasının (ESO) astronomlarının rəhbərliyi altında olan tədqiqat qrupu kosmik miqy..


'Pandemiya hal hazırki dünya iqtisadiyyatına son qoyacaq və onu tanınmaz hala sa..

İqtisadi böhranlar baş verən zaman onların nəticələri bir neçə ildən sonra heç gözlənilməz istiqamət..

×